"Reklamdan ildə 1 milyard manat gəlir əldə etmək olar"
Azərbaycanda reklam sahəsində işlər düzgün qurularsa, 2-3 ildən sonra bu sahədən il ərzində 1 milyard manat gəlir əldə etmək olar.
Çoxlarına inandırıcı gəlməsə də, bunu Azərbaycan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev deyib.
Bunu ictimai təşkilatların hesablamaları əsasında müəyyənləşdirdiklərini deyən H.Atakişiyev hesab edir ki, bunun üçün reklam bazarını genişləndirmək, reklamların sayını artırmaq lazımdır.
H.Atakişiyev bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla yeni yaradılan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi bütün respublikada reklam bazarına nəzarət etməklə reklam bazarını genişləndirə bilər.
Bu günə qədər Azərbaycanda reklam sahəsinə nəzarət edən belə bir qurumun olmadığını deyən H.Atakişiyev qeyd edib ki, yeni agentlik ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması ilə məşğul olacaq: "Agentlik televiziyada, mətbuatda reklamların yerləşdirilməsi məsələləri ilə məşğul olmayacaq. Əgər televiziya reklamı açıq məkana çıxarsa, o zaman Dövlət Reklam Agentliyi onlarla işbirliyi quracaq".
H.Atakişiyev qeyd edib ki, bu gün reklam sahəsində əsas problemlərdən biri reklamların standartları, qiymətləri ilə bağlıdır: "Bu problem hələ həll olunmayıb. Yəqin ki, bu məsələyə də dövlət orqanı tərəfindən baxılacaq və bununla bağlı qərar qəbul olunacaq. Bundan başqa, reklamların dili ilə bağlı da ciddi problemlər var. Bakıda reklamların dili çox bərbad vəziyyətdədir. Hesab edirəm ki, Dövlət Reklam Agentliyi tərəfindən aktual olan bu məsələyə də baxılmalıdır. Agentliyin regionlarda da bölmələri açılmalı və reklam sahəsi tənzimlənməlidir. Bununla da reklamın dəyəri qaldırılmalıdır".
©Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
16 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























