Bank BTB-də yeni vakansiyalar
Bank BTB-də karyerasını qurmaq arzusunda olan, bilik və bacarıqlarına güvənən şəxslər aşağıdakı vakansiyalar üzrə müraciət edə bilərlər:
1. İpoteka şöbəsi üzrə mütəxəssis/Aparıcı mütəxəssis
İş barədə məlumat:
İpoteka kreditini Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun rəsmiləşdirir;
Verilmiş ipoteka kreditlərinin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən vaxtında yenidən maliyyələşməsini təmin edir;
Verilmiş ipoteka kreditləri üzrə sığorta müqavilələrinin vaxtında uzadılmasını təmin edir;
İpoteka müştərilərinin ödənişləri barədə mütəmadi təhlillər aparır, müvafiq proqram təminatında hesabatlar hazırlayır;
İpoteka krediti və sığorta ödənişləri üzrə kredit portfelinə nəzarət edir;
Namizədə tələblər:
Ali təhsil (maliyyə sahəsində olması arzuolunandır)
Mövcud sahədə 1 il iş təcrübəsi
Analitik düşüncə;
MS Office (Word, Excel) proqramları üzrə biliklər;
Mükəmməl Azərbaycan dili;
Əla ünsiyyət bacarıqları;
Məsuliyyət, dəqiqlik, aydın nitq, detallara diqqət yetirmək qabiliyyəti.
2. Mikrokreditlər üzrə Mütəxəssis/Aparıcı/Baş mütəxəssis
İş barədə məlumat:
Departament tərəfindən müəyyən olunmuş satış üzrə planların vaxtında və tam icrasını yerinə yetirmək;
Bankın kredit siyasəti və digər bankdaxili qaydalar və prosedurlar çərçivəsində bankın mikrokreditləşmə əməliyyatlarının həyata keçirilməsini təmin etmək;
Mikroseqmentə aid müştərilərin müxtəlif marketinq alətləri vasitəsilə Banka cəlbinin təşkil etmək;
Müştərilərin kredit sifarişlərini qəbul etmək, maliyyə təhlilinin aparılması;
Mikro kredit işlərinin hazırlanması və müvafiq Kredit Komitəsinə təqdim olunmasını həyata keçirmək;
Özünün mikro kredit portfelinin keyfiyyətini nəzarətdə saxlayır, kredit ödənişlərinə və kredit tarixçəsinə nəzarəti həyata keçirmək;
Namizədə tələblər:
Ali təhsil,
Kreditləşmə sektorunda iş təcrübəsi,
Ünsiyyətqurma bacarığı;
Analitik təhlil qabiliyyəti;
Təqdimetmə və satış bacarığı,
MS office proqramında işləmə bacarığı.
3. Kiçik və orta biznes kreditləri üzrə Mütəxəssis/Aparıcı/Baş mütəxəssis
İş barədə məlumat:
Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
Biznes kreditləri sifarişi etmiş müştərilərin müraciətlərini qəbul etmək, biznes yerlərinə baxış keçirmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin bizneslərinin təhlilini aparmaq ,kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, biznesin ümumi fəaliyyətinə dair hesabatlar hazırlamaq, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
Kredit portfelini formalaşdırmaq və idarə etmək;
Kiçik, orta, iri kreditlər və korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək.
Namizədə tələblər:
Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
Kiçik orta sahibkarlıq kreditlər sahəsində ən azı 2 il iş təcrübəsi;
Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
Problemləri həll etmə bacarıqları;
Satış bacarıqları;
MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı
4. Reklam və ictimaiyyətlə əlaqələr şöbəsi üzrə Mütəxəssis/Aparıcı mütəxəssis
İş barədə məlumat:
Bankın marketinq planının hazırlanması;
Bankın reklam və təşviqat üzrə layihələrinin icrası;
Filial şəbəkəsində tətbiq olunacaq çap materiallarının, suvenir məhsullarının və POS materiallarının düzgün istifadəsinin monitorinqinin aparılması;
ATM köşklərinin, xidmət şəbəkəsinin eksteryerinin, və s. mövcud marketinq siyasəti, brend kitabının və korporativ üslubun tələblərinə uyğun olaraq dizaynını hazırlamaq və nəzarəti təmin etmək;
Bankın rəsmi internet səhifəsini mütəmadi olaraq yeniləmək, dizayn və saytın struktur dəyişiklərinə dair təkliflər vermək;
Sosial şəbəkələrə nəzarət;
Bankın ictimai əlaqələrini qurmaq;
Bankın müsbət imicinin formalaşması və onun daima yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərmək;
Press-relizəri hazır edib, mediyada paylaşmaq;
Bankın korporativ sosial məsuliyyət layihələrini hazırlanmasında iştirak etmək.
Namizədə tələblər:
Ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
Ən azı 1 il marketinq sahəsində iş təcrübəsi;
Rus və İngilis dillərini yüksək səviyyədə bilmə;
Ünsiyyətqurma bacarığı;
Yaradıcılıq bacarığı;
Analitik düşüncə.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) müraciət etdikləri vəzifənin adını email-in mövzu hissəsində qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Digər vakansiyalarla tanış olmaq istəyənlər Bank BTB-nin rəsmi saytına daxil ola bilərlər https://www.btb.az/az/vacancies
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
9 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
10 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
10 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
11 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar









.jpg)








.jpg)
