TotalEnergies-in rəhbəri Rusiya neftinə tavan qiymət tətbiqini “pis fikir” hesab edir
Fransanın “TotalEnergies” enerji şirkətinin rəhbəri Patrik Puyanne Rusiya neftinin qiymətinin məhdudlaşdırılmasını “pis fikir” hesab edir.
Marja xəbər verir ki, o, çərşənbə günü Londonda keçirilən Energy Intelligence Forumunda belə bir bəyanatla çıxış edib.
G7 ölkələrinin Rusiyadan ixrac olunan neftə qiymət həddi tətbiq etmək planını şərh edən Pouyanne, "Məncə, bu, pis fikirdir" deyib. Onun sözlərini Bloomberg sitat gətirir.
Oktyabrın 6-7-də Praqada keçiriləcək sammitdə Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiq etmək niyyətindədirlər. Söhbət “Rusiya neftinin müəyyən edilmiş qiymətdən yüksək qiymətə üçüncü ölkələrə dəniz daşınmasına qoyulan qadağadan və bununla bağlı xidmətlərə qadağadan” gedir. Ehtimal olunur ki, Aİ ölkələrinin liderləri Rusiya Federasiyasına qarşı səkkizinci sanksiyalar paketini təsdiq edəcəklər, bundan sonra o, Aİ-nin Rəsmi Jurnalında dərc edilərək qüvvəyə minəcək.
Rusiya baş nazirinin müavini Aleksandr Novak oktyabrın 5-də jurnalistlərə bildirib ki, Qərb ölkələri neftin dəyərinə məhdudiyyətlər tətbiq edərsə, Rusiya neft tədarük etmək niyyətində deyil. Onun fikrincə, belə presedentlər enerji bazarına ziyan vurur və yalnız qıtlığa və qiymət artımına gətirib çıxarır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
15 d. əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 22 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib




















