Yaponiya qiymətləri aşağı salmaq üçün neft ehtiyatlarının bir hissəsini sata bilər
Nazirlər Kabinetinin baş katibinin müavini Seiji Kihara bildirib ki, belə bir qərar ABŞ və digər maraqlı ölkələrin, eləcə də Beynəlxalq Enerji Agentliyinin hərəkətləri nəzərə alınmaqla qəbul edilə bilər.Yaponiya hökuməti vəziyyətin inkişafından asılı olaraq strateji ehtiyatlarından əlavə neft satmaq qərarına gələ bilər.
Marja xəbər verir ki, bu barədə cümə axşamı Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibinin müavini Seyci Kihara bildirib.
O, OPEC+ alyansının hasilatı azaltmaq qərarından sonra neftin qiymətinin qalxması perspektivini belə şərh edib:
"Vəziyyətin inkişafından asılı olaraq, ABŞ və digər maraqlı dövlətlərin, eləcə də Beynəlxalq Enerji Agentliyinin hərəkətlərini nəzərə alaraq, Yaponiyanın strateji ehtiyatlarından neftin əlavə satışının xeyrinə qərar verə bilərik".
"Biz neftin qiymətinin yüksək səviyyədə sabitləşməsi perspektivindən narahatıq", - Kihara bildirib. O, əsas neft istehlakçı ölkələri birləşdirən Beynəlxalq Enerji Agentliyi ilə məsləhətləşmələr aparmaq niyyətində olduğunu bildirib.
Bundan əvvəl OPEC+ sazişinin üzvü olan ölkələr Vyanada keçirilən iclasda neft hasilatını noyabr ayından sutkada 2 milyon barel azaltmaq barədə razılığa gəliblər. Ekspertlərin fikrincə, bu qərar yaxın aylarda qiymətlərin bir barel üçün 80 dollardan aşağı düşməsinin qarşısını alacaq.
Bu ilin fevralından may ayına kimi Yaponiya hökuməti bu resursun qiymətlərini aşağı salmaq məqsədilə artıq öz strateji ehtiyatlarından neftin satışı üzrə dörd hərrac keçirib. Əməliyyat ABŞ və digər ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
15 d. əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 22 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib






















