Belarusun 2023-cü il büdcəsi kəsirlə üzləşəcək
Belarusun gələn il büdcəsi kəsirlə formalaşacaq.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə respublikanın maliyyə naziri Yuri Seliverstov məlumat verib.
"Biz büdcəni kəsirlə planlaşdırırıq, çünki hələlik bazar gəlirlərimizin tam bərpa olunmaması tendensiyası var. Müəyyən məbləğdə kəsir olacaq, lakin xərcləri maliyyələşdirmək üçün resurslarla təmin olunacaq”,- deyə o bildirib.
Nazir 2022-ci il büdcəsinin icrasından danışıb, hər şeyin nəzərdə tutulan parametrlər çərçivəsində getdiyini diqqətə çatdırıb.
"Bizdə təxminən 2,8 milyard Belarus rublu (1,1 milyard dollar) planlaşdırılan kəsir var idi. Doqquz ayın nəticələrinə görə, təxminən 2,3 milyard Belarus rublu (0,9 milyard dollar) kəsir var idi. Biz planlaşdırılan parametrlər üzrə gedirik. Xüsusi problemli məsələ yoxdur, biz hər şeyi tam şəkildə maliyyələşdiririk".
Çərşənbə axşamı Nazirlər Şurasının Rəyasət Heyətində respublikanın sosial-iqtisadi inkişafının proqnozu, pul siyasətinin əsas istiqamətləri və 2023-cü il büdcəsi müzakirə olunacaq. Ölkənin baş naziri Roman Qolovçenko bildirib ki, gələn il ÜDM-in 3,8%, investisiyaların isə 20% artacağı planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























