ABŞ-ın ən böyük banklarına "yaşıl işıq"
ABŞ Mərkəz Bankı (Fed) ölkənin ən böyük banklarının sərmayə planlarını təsdiq edərək, ekstra (artıq) kapitalları ilə səhm geri alışı və dividend bölüşdürülməsi etmələrinə "yaşıl işıq" yandırıb.
Fed, maliyyə təşkilatlarının möhkəmliyini ölçmək məqsədilə 2010-dan bu yana hər il keçirdiyi Geniş Miqyaslı Kapital Analizləri və Qiymətləndirməsinin (CCAR) ikinci mərhələsinə dair nəticələri açıqlayıb.
Qiymətləndirmə aparılmış 34 Amerika bankının hamısının sərmayə planları qəbul edilib.JP Morgan Chase, Bank of America, Citigroup, Goldman Sachs, HSBC və Morgan Stanley kimi maliyyə nəhənglərinin aralarında olduğu bu təşkilatlar, Fed-in sərmayə planlarına etiraz etməməsi sayəsində ekstra kapitallarını səhm geri alışı və dividend bölüşdürülməsi üçün istifadə etmək imkanı qazanıblar.
Digər tərəfdən, Fedin sərmayə planını qəbul etməsinə baxmayaraq planlaşdırma prosesindəki zəiflikləri il sonuna qədər aradan qaldırması istənilən yeganə bank Virciniyada yerləşən Capital One olub. Ölkənin ən böyük 9-uncu bankı oln Capital One-ın sərmayə planını gücləndirərək bu il başa çatmadan yenidən təqdim etməsi lazım olduğu bildirilib.
Amerika banklarının səhmləri, Fed-in "yaşıl işıq" kimi qiymətləndirilən açıqlamasının ardından dəyər qazanıb.JP Morgan Chase ve Bank of America-nın səhmlərinin qiyməti 4%-dən çox artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib











.jpg)







