Avqustda Azərbaycanda elektrik enerjisi istehsalı 2,5 % artıb
Energetika Nazirliyinin elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin avqust ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2837,7 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 68,9 mln. kVt·st, yaxud 2,5% artması deməkdir.
Ötən ay ərzində elektrik enerjisinin idxalı 10,9 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt·st, ixrac isə 372,4 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 222,4 mln. kVt·st artıb.
Ümumilikdə 2022-ci ilin yanvar-avqust aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 488,8 mln. kVt·st, yəni 2,6% artaraq 19 115,7 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 136,2 mln. kVt·st artaraq 17 560,3 mln. kVt·st, SES-lərdə 341,5 mln. kVt·st artaraq 1 308,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 11,1 mln. kVt·st artaraq 246,9 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 59,3 mln. kVt·st, günəş elektrik stansiyalarında 43,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 143,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
8 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 17 221,6 mln. kVt·st (İES-lərdə 16 011,7 mln. kVt·st, SES-lərdə 1 209,9 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 323,9 mln. kVt·st (İES-lərdə 196,4 mln. kVt·st, SES-lərdə 87,1 mln. kVt·st, GES-də 40,4 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 43,5 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 1 526,7 mln. kVt·st təşkil edib.
2022-ci ilin yanvar-avqust ayları üzrə elektrik enerjisinin ixracı 1 406,4 mln. kVt·st, idxalı isə 94,3 mln. kVt·st olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























