Yeni sabitləşdirmək üçün valyuta müdaxiləsi istisna olunmur
Yaponiya hökuməti 1998-ci ildən bəri yenin rekord dərəcədə ucuzlaşamsı fonunda milli valyutanın məzənnəsini sabitləşdirmək üçün hər hansı tədbirin, o cümlədən valyuta intervensiyalarının həyata keçirilməsinin mümkünlüyünü istisna etmir.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin maliyyə naziri Şuniçi Suzuki məlumat verib.
"Heç bir tədbiri istisna etmək olmaz, reaksiya verilə bilər", - "Kyodo" agentliyi onun mümkün valyuta müdaxilələri ilə bağlı suala cavabından sitat gətirib.
Bundan əvvəl yerli KİV Yaponiyanın 1998-ci ildən bəri yenin möhkəmlənməsi zamanı belə tədbirlərə əl atmadığını qeyd edib.
Yaponiya Mərkəzi Bankı faiz dərəcələrini iqtisadiyyatı stimullaşdırmaq üçün faktiki olaraq mənfi səviyyədə saxlayır. İnflyasiya ilə mübarizə aparan Qərb ölkələrinin mərkəzi bankları isə faiz artırılar. Bu səbəbindən yen bir neçə aydır mühüm valyutalar qarşısında zəifləyir. Belə vəziyyət, digər valyutalarda ifadə olunan alətlərə investisiyaları daha sərfəli edir.
Çərşənbə günü erkən ticarət zamanı məzənnə bir dollar üçün 144,9 yenə çatıb, bu yün üçün son 24 ilin ən aşağı səviyyəsidir.
Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno valyuta məzənnələrində kəskin dalğalanmaların iqtisadiyyat baxımından arzuolunmaz olduğunu bildirmiş və belə bir tendensiyanın davam edəcəyi təqdirdə Yaponiya hakimiyyətinin “lazımi tədbirlər” görəcəyini demişdi.
Bəzi ekspertlərin fikrincə, yenin zəifləməsinin bir dollar üçün 150 yen həddinə qədər davam edə biləcəyini qeyd edirlər. Yenin ucuzlaşması idxal mallarının bahalaşmasına səbəb olur.
Yaponiya Mərkəzi Bankı idxal olunan malların bahalaşmasına səbəb olan pul-kredit siyasətinə görə tənqid olunur. Bununla belə, Yaponiya Bankının rəhbərliyi dəfələrlə bəyan edib ki, 2%-lik inflyasiya hədəfinə nail olmağa yönəlmiş kursu dəyişməyi planlaşdırmır.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
4 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
5 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
6 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib





























