Azərbaycan bu ölkə ilə qazı elektrik enerjisinə barter edə bilər
Bolqarıstan Azərbaycandan qaz tədarükünü ildə 2 milyard kubmetrə çatdırmaq niyyətindədirBolqarıstan cənub qaz dəhlizi ilə tədarük həcmini artırmaq və Azərbaycandan hər il iki milyard kubmetrə qədər qaz almaq niyyətindədir.
Marja xəbər verir ki, bu barədə ölkənin texniki hökumətinin iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov Bakıda keçirdiyi danışıqların yekunları üzrə Bolqarıstanın milli televiziyasına müsahibəsində bildirib .
"Onlar bizə ənənəvi tərəfdaş kimi cənub qaz dəhlizinin gələcəkdə genişləndirilməsindən əlavə qaz payı verməyi təklif etdilər. Bu o deməkdir ki, biz uzunmüddətli müqavilə əsasında hər il 2 milyard kubmetr qaz ala biləcəyik. Azərbaycanla müddətli müqavilə bağlanacaq ki, bu da bizim tələbatımızın təxminən 60%-ni təşkil edəcək.Energetika Nazirliyinin ekspertləri Azərbaycanla qiymət, kəmiyyət, qaz təchizatı şərtləri və digər texniki parametrlər üzrə danışıqları davam etdirəcəklər.Lakin bizim üçün bu kəmiyyətləri indi bəyan etmək vacibdir"., nazir bildirib.
Stoyanov əlavə edib ki, tədarük həcmi 3-4 il ərzində artırıla bilər.
Nazir təsdiq edib ki, oktyabrın 1-dən Bolqarıstan-Yunanıstan interkonnektorunun tikintisi başa çatdıqdan və onun istismarına icazə alındıqdan sonra Bolqarıstan hər il 1 milyard kubmetr Azərbaycan qazı alacaq.
Stoyanovun sözlərinə görə, elektrik enerjisi müqabilində qazın verilməsi məsələsi də müzakirə olunur:
"Azərbaycanda elektrik enerjisi qazdan istehsal olunur və biz əsas elektrik enerjisi istehsalçısıyıq, onu ixrac edirik və artıq istehsal edirik. Ona görə də bizim Azərbaycana elektrik enerjisinin çatdırılması üçün fundamental imkanlar var və onlar bizə lazım olan qaz həcmlərini göndərəcəklər".
Stoyanov izah edib ki, elektrik enerjisi və qazın barter tədarükünə dair razılaşmalar 4-5 ay ərzində həyata keçirilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)





.jpg)
