Xalq Bank biznes müştəriləri üçün Ticarət platformasını təqdim etdi!
(®) Ölkənin aparıcı banklarından olan Xalq Bank onlayn Ticarət platformasını tətbiq etməklə valyuta mübadiləsi əməliyyatlarının operativ həllini təqdim etdi.
XalqOnline sistemində istifadəyə verilən yeni platforma Bankın sahibkar və korporativ müştərilərinin valyuta alqı-satqı əməliyyatlarını sürətli və rahat şəkildə icra etməyə imkan yaradan müasir rəqəmsal bank xidmətidir.
Xalq Bank müştərisi Ticarət platforması üzərindən Bankın təyin etdiyi gündəlik məzənnələrə baxmaq, ona maraqlı valyuta cütlüklərini təyin edərək məzənnələri izləmək və sərfəli şərtlərlə əqd bağlamaq imkanı əldə edir. Platforma üzərindən Banka göndərilən valyuta mübadiləsi sorğusu 2 dəqiqə ərzində onlayn rejimdə cavablandırılır. Müştəri, həmçinin alqı-satqı əməliyyatı üçün Banka öz məzənnə təklifini göndərə və onlayn cavab gözləyərək vaxt itirmədən əqdi bağlaya bilər. Əlavə olaraq Bank real vaxt rejimində güzəştli məzənnə ilə konvertasiya əməliyyatlarının aparılması üçün xüsusi təkliflər verə bilər: bu zaman müştəri XalqOnline mobil tətbiqi vasitəsilə aktual təklif barədə xəbərdaredici mesaj alır.
Xidmətdən yararlanmaq üçün heç bir əlavə yükləmə və ya qoşulma tələb edilmir. Müştəri kompüter və ya mobil telefondan XalqOnline sistemindəki kabinetinə daxil olaraq müvafiq bölməyə keçid etməklə əməliyyatlara başlaya bilər.
XalqOnline dünyanın istənilən nöqtəsindən ölkədaxili və beynəlxalq pul köçürmələri, konvertasiya, əməkhaqqı ödənişləri, toplu və şablon üzərindən ödənişlər həyata keçirməyə, həmçinin hesab qalığı və əməliyyatlar üzrə çıxarışlar əldə etməyə imkan verən rahat internet və mobil bankçılıq sistemidir.
Bank məhsulları, eləcə də yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























