Almaniyadan 65 milyard avroluq antiinflyasiya paketi
Almaniya istehlakçıları və müəssisələri inflyasiyadan qorumaq üçün üçüncü tədbirlər paketini açıqlayıb. Güzəştli ictimai nəqliyyat və vergilərin azaldılması kimi tədbirləri ehtiva edən paketin həcmi 65 milyard avro təşkil edəcək.Almaniyanın bazar günü elan etdiyi üçüncü tədbirlər paketinə əsasən, hökumət istehlakçıları və müəssisələri sürətlə artan inflyasiyanın mənfi təsirlərindən qorumaq üçün 65 milyard avro xərcləyəcək.
Marja xəbər verir ki, Baş nazir Olaf Scholz-un rəhbərlik etdiyi üç partiyalı koalisiyanın razılaşdırdığı paketə görə, tədbirlər paketinə ictimai nəqliyyatda güzəştli gediş haqqı müddətinin uzadılması və təxminən 9 000 enerji tutumlu şirkət üçün 1,7 milyard avro vergi endirimi daxildir.
Baş nazir Scholz qatıldığı bir konfransda, "Bu, elan edilən üç paket arasında indiyə qədər ən böyük paketdir" deyib.
65 milyard avroluq yardım paketinə aşağıdakılar daxildir:
- Təqaüdçülərə 300 avro birdəfəlik birbaşa ödəniş ediləcək,
- Universitet tələbələrinə bir dəfə 200 avro ödəniləcək,
- Uşaq müavinəti 18 avro artırılacaq,
- İctimai nəqliyyatda 9 avroluq bilet əvəzinə bütün Almaniyada etibarlı olacaq yeni bilet tətbiqi gələcək. Müvafiq olaraq, 49 ilə 69 Avro arasında dəyişən aylıq abunələr olacaq.
- Gələn ilin əvvəlində həyata keçirilməsi planlaşdırılan "Bürgergeld" (Vətəndaşlıq Pulu) ilə bərabər, ehtiyacı olanlara ödənilən dəstək təxminən 500 avroya qədər artırılacaq. Hal-hazırda, "Grundsicherung" adlanan əsas yardım ilə ehtiyacı olan subay insanlara ayda 449 avro ödənilir.
- Daha çox insan mənzil yardımı alacaq. Mənzil yardımı almaq hüququ olan şəxslər qrupu 2 milyon vətəndaşa qədər genişləndiriləcək.
Qeyd edək ki, ilin əvvəlində razılaşdırılan 2 paketlə ümumi dəstək məbləği 95 milyard avroya çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


.jpg)

