Milli Onkologiya Mərkəzi "Azəri-Med" şirkətini seçib - 5,8 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
Milli Onkologiya Mərkəzi "Tibbi və s. avadanlıqların satınalınamsı" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderin qalibi "Azəri-Med" QSC-dir.
Milli Onkologiya Mərkəzi qalib şirkət ilə məbləği 1 milyon 999 min 676 manatlıq müqavilə imzalayıb.
Həmçinin, Milli Onkologiya Mərkəzi "Dərman, sarğı ləvazimatlarının və materiallarının satınalınması" ilə bağlı tenderi də yekunlaşdırıb. Bu tenderin də qalibi "Azəri-Med" QSC-dir. Mərkəz qalib şirkət ilə məbləği 3 milyon 837 min 800 manat olan müqavilə imzalayıb.
Beləliklə, "Azəri-Med" şirkəti 2 tender üzrə 5 milyon 837 min 476 min manatlıq müqavilələr imzalayıb.
"Azəri Med" QSC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Şirkət xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s.ilə təmin edir. "Azəri Med" QSC Roche Diagnostics GmbH, Pfizer Export B.V, Novartis Pharma Services AG, Medtronic Trading NL B.V, Sanofi-Aventis SPA, Nature’s Bounty və digər dünyada tanınan istehsalçılar ilə əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
19 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























