Bir sıra vətəndaşın kredit alması çətinləşəcək – ƏHALİNİN İZAFİ BORCLANMASININ QARŞISI ALINA BİLƏR
Azərbaycanda rəsmi əməkhaqqının təxminən yarısı və ya bundan çox məbləğdə kredit almaq çətinləşəcək. Hədəflərdən biri əhalinin izafi borclanmasının qarşısının alınmasıdır. Mərkəzi Bank, rəsmi əməkhaqqının təxminən yarısı və ya bundan çox məbləğdə ayrılan kredtlər üzrə banklara qarşı tələbləri sərtləşdirib. Eyni zamanda, daha yüksək faizli istehlak kreditləri üzrə də tələblər sərtləşdirilib.Azərbaycan Mərkəzi Bankı bankların aktivlərinin risk qrupları üzrə tələbləri sərtləşdirib.
Marja.az xəbər verir ki, tələblərin sərtləşdirilməsi məsuliyyətli və sağlam kreditləşmənin təmin edilməsi, o cümlədən əhalinin izafi borclanmasının qarşısının alınmasıdır.
Yeni tələblərə görə, borcun (kreditin) gəlirlərə nisbəti (BGN) əmsalı 45%-dən yuxarı olan, lakin 70% həddini keçməyən borcalanlara (kredit alanlara) verilmiş istehlak kreditlərinin bank aktivlərində risk qrupu 50% bəndi artırılıb. Belə ki, bankların, vətəndaşa rəsmi əməkhaqqısının 45-60%-i həddində verdikləri istehlak kreditləri aktivlərin 200 faizli (2,0 əmsallı) risk qrupuna, 60- 70% həddində verdikləri istehlak kreditləri isə 230 faizli (2,3 əmsallı) risk qrupuna daxil ediləcək. Qısası, belə borcalanlara kredit verən bankların aktivləri daha riskli hesab ediləcək və banklar bu riskli kreditlər üçün daha çox xərc çəkmək məcburiyyətində qalacaqlar. Gözlənilir ki, tələblər sərtləşdirildiyindən, banklar, borcun gəlirlərə nisbəti (BGN) əmsalı 45%-dən yuxarı olan, lakin 70% həddini keçməyən borcalanlara kredit ayırmağı azaldacaqlar. Başqa sözlə, vətəndaş üçün rəsmi əməkhaqqının təxminən yarısı və bundan çox məbləğdə kredit almaq çətinləşəcək.
Mərkəzi Bankın təhlilləri göstərir ki, istehlak kreditləri portfelinin 21%-ni BGN əmsalı 45-70% intervalında verilən kreditlər təşkil edir.
FAİZLƏRİ AZALDACAQ QƏRAR
Bundan əlavə, istehlak kreditləri üzrə yeni prudensial tələblərin faizlərə azaldıcı təsirinin təmin edilməsi məqsədilə faiz dərəcəsi sektorun orta faiz dərəcəsi ilə müqayisədə yüksək olan istehlak kreditlərinin nisbəti meyarı və risk qrupları sərtləşdirilmişdir.
Belə ki, yeni tələbə görə, verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun dörddə birinin cəmindən böyük olan istehlak kreditləri də aktivlərin 200 faizli (2,0 əmsallı) risk qrupuna daxil ediləcəkdir. İstehlak kreditləri üzrə orta faiz dərəcəsi Mərkəzi Bank tərəfindən müəyyən edilən qaydada hesablanacaqdır. İstehlak kreditləri üzrə orta faiz dərəcəsi hər rübdən sonrakı ayın 25-nə kimi Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanır. Orta faiz dərəcəsinin açıqlandığı tarixdən sonrakı 1 iş günü ərzində banklara bu barədə elektron və ya poçt bildirişi ilə məlumat veriləcəkdir. Orta faiz dərəcəsi açıqlanana qədər banklar əvvəlki rübün məlumatlarından istifadə edəcəklər.
Qısası, kommersiya bankının, rəsmi gəlirinin yarısı və ya yarısından yüksək məbləğdə kredit götürmək istəyən vətəndaşdan yüksək faiz alması sərfəsiz olacaq. Çünki, orta faiz dərəcəsi və onun dörddə birinin cəmindən yüksək olan faizlər ilə verilən istehlak kreditləri bankların aktivləri üzrə risk əmsalını artıracaqdır. Gözlənilir ki, banklar aktivlərinin daha yüksək əmsallı risk qruplarında olmaması üçün istehlak krediti faizlərinin orta faiz dərəcəsi və onun dörddə birinin cəmindən yüksək olmamasına çalışacaqlar. Bunun da kredit faizlərinə azaldıcı təsir ola bilər.
Qeyd edək ki, son dövrdə istehlak kreditləşməsi seqmentində aktivlik müşahidə olunmaqdadır. Cari ilin 6 ayında bankların istehlak krediti portfeli 14.9% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 22 d. əvvəl
-
- 28 d. əvvəl
-
35 d. əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
1 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
-
2 saat əvvəl
Əməkdaşlığın inkişafı üçün Azərbaycan-Niderland Ticarət Palatası təsis edilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Ən çox oxunanlar
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib


























