Moody's Türkiyənin kredit reytinqini aşağı saldı
Beynəlxalq kredit reytinq agentliyi Moody's Türkiyənin kredit reytinqini "B2"dən "B3"ə endirib, reytinq proqnozunu "mənfi"dən "sabit"ə dəyişdiyini açıqlayıb.
Marja xəbər verir ki, Moody's kredit reytinqinin aşağı salınmasına səbəb kimi Türkiyənin tədiyyə balansına artan təzyiqləri və valyuta ehtiyatlarının daha da azalması riskini göstərib.
Agentlik qeyd edib ki, Türkiyənin cari hesab kəsiri çox güman ki, əvvəlki gözləntiləri böyük fərqlə üstələyəcək.
Təşkilat hesab edir ki, Türkiyənin cari kəsiri bu il ümumi daxili məhsulun 6 faizinə yaxın olacaq ki, bu da Rusiyanın Ukraynaya hücumundan əvvəl gözləniləndən üç dəfə çoxdur.
Təşkilatın analitikləri, hakimiyyət orqanlarının valyutanı sabitləşdirmək və valyuta buferlərini artırmaq üçün getdikcə qeyri-adi tədbirlərə əl atmağa məcbur olduqlarını bildiriblər.
“Getdikcə mürəkkəbləşən tənzimləyici, fiskal və makroprudensial tədbirlərin makroiqtisadi sabitliyin bərpasında təsirli olacağı ehtimalı azdır”, - analitiklər bildiriblər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 19 saat sonra
-
- 36 d. əvvəl
-
39 d. əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
1 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
1 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
-
2 saat əvvəl
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
Ən çox oxunanlar
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
Yenidən 150 dollar ssenariləri gündəmdədir
İyunun 12-də gözlənilən hava şəraiti

























