Bank yeni Abşeron filialını istifadəyə verdi - FOTOLAR
Bu il fəaliyyətinin 30-cu ildönümünü qeyd edən, bank sektorunda dayanıqlılığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini bu illər ərzində qoruyub saxlayan TuranBank xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirərək yeni Abşeron filialını müştərilərin istifadəsinə verib.
Bankın yaydığı məlumatda bildirilir ki, Baş tutan rəsmi açılış mərasimində TuranBankın rəhbər şəxsləri iştirak edib.
Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 299 ünvanında yerləşən yeni filial daha geniş və müasir standartlara cavab verən ofis binası ilə şəhər sakinlərinin və biznes subyektlərinin xidmətlərdən daha operativ və rahatlıqla istifadə etməsini təmin edəcəkdir. Bütün zəruri imkanlara malik olan Abşeron filialı müştərilərin bank xidmət və məhsullarına əlçatanlığının təmin olunmasına şərait yaradacaqdır. Ölkənin siyasi və mədəni həyatında fəal iştirak edən, regionlarda sosial-iqtisadi tərəqqiyə dəstək olmaqda davam edən TuranBank-ın əsas missiyası kiçik və orta sahibkarlığa və iqtisadiyyatın real sektorunun inkişafına töhfə verməkdir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirən Bank bu il də şəhər və regionlarda yeni filial və şöbələrin açılmasını planlaşdırır. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)








