Azərbaycan şirkəti əl arabalarının istehsalına başlayıb
Naxçıvan şəhərində fəaliyyət göstərən “Saf Metal” Məhdud Məsuliyyətli Cəmiyyəti inşaat və kənd təsərrüfatında istifadə olunan əl arabalarının istehsalına başlayıb.
Marja xəbər verir ki, Naxçıvan şəhərinin Şəhriyar küçəsində yerləşən “Saf Metal” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ildən metal məhsullarının istehsal sahəsi kimi fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən yerli istehsalın təşviqi məqsədilə müəssisəyə 56 min 500 manat dövlət dəstəyi göstərilib, həmçinin müəssisə daha uyğun istehsal yeri ilə təmin olunub. Fəaliyyətini daha da genişləndirən müəssisədə bu ilin iyun ayından etibarən inşaat və kənd təsərrüfatı işlərində tələbatı çox olan əl arabalarının istehsalına da başlanılıb. Burada 10 nəfər daimi işlə təmin olunub. Müəssisə gündəlik 40-45 ədəd əl arabası istehsal etmək gücündədir.
“Saf Metal” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi əl arabaları Türkiyənin yüksəkkeyfiyyətli məhsullarından istifadə edilərək yığılır. Müasir avadanlıqların istehsal prosesindən keçən əl arabaları keyfiyyəti ilə seçilir və uzunömürlüdür.
axın zamanda müəssisədə inşaat və kənd təsərrüfatı işlərində istifadə edilən digər alətlərin də istehsalı nəzərdə tutulur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























