Beynəlxalq Enerji Agentliyi neftə tələbat artımı proqnozunu yüksəldib
Beynəlxalq Enerji Agentliyi (IEA) bəzi ölkələrin enerji istehsalında təbii qazdan neftə keçidi ilə əlaqədar bu il üçün neftə tələbat proqnozunu artırıb. Agentlik 2022-ci il üçün gündəlik neft tələbinin artması proqnozunu 380 min barel artıraraq 2,1 milyon barrelə çatdırıb.Beynəlxalq Enerji Agentliyinin (IEA) avqust ayı hesabatına əsasən, qlobal neft tələbinin 2022-ci ildə sutkada 2,1 milyon barel artaraq 99,7 milyon barelə çatacağını gözləyir. Beləliklə, agentlik tələb artımı ilə bağlı əvvəlki proqnozunu gündəlik 380 min barel artırıb.
Marja xəbər verir ki, qlobal neft tələbatının artımı üçün 2023-cü il proqnozu dəyişməz olaraq 2,1 milyon barel/gün olub.
BEA qeyd edir ki, iyulda dünyada neft hasilatı pandemiyanın başlamasından sonra maksimum həddə çatıb və sutkada 100,5 milyon barel təşkil edib. Agentliyin məlumatına görə, OPEC+ ölkələri iyulda neft hasilatını sutkada 530 min barel, qeyri-OPEC+ ölkələri isə gündəlik neft hasilatını 870 min barel artırıb. Ümumilikdə, ilin sonuna qədər neft tədarükü sutkada daha 1 milyon barel arta bilər.
Beynəlxalq Enerji Agentliyi qeyd edib ki, Yaxın Şərq və Avropada neftə tələb artıb. Rusiya Avropaya qaz axınını məhdudlaşdırdığı üçün bu il təbii qazın qiyməti kəskin artıb. Bu, bir çox sənaye şirkətlərinin yanacaq kimi təbii qazdan neftə keçməsinə səbəb olub.
"Rusiyada neft hasilatı azalacaq" proqnozu
Beynəlxalq Enerji Agentliyi gələn ilin əvvəlində Avropa İttifaqının idxal qadağasının tətbiqi ilə Rusiyada neft hasilatının 20 faiz azalacağı ilə bağlı proqnozunu açıqlayıb. Hesabatda, Rusiyada hasilatın bu aydan etibarən tədricən azalacağı, embarqoların tətbiqi ilə azalmanın daha da sürətlənəcəyi bildirilib.
Avropa İttifaqının Rusiyadan neft idxalına qadağasının dekabrda qüvvəyə minəcəyi gözlənilir.
Rusiyanın neft hasilatı son 3 ayda artıb. İyulda Asiyaya ixracın güclənməsi ilə hasilat gündəlik təxminən 10,8 milyon barelə çatıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
15 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
20 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















