“Südçülük təsərrüfatlarının dayanıqlılığı və sürü sağlamlığı üçün əsas indikatorlar” mövzusunda tədbir keçirilib
Dövlət-Özəl tərəfdaşlığı çərçivəsində İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA), Kənd Təsərrüfatı Nazirliyinin və “Yalama Aqropark” MMC-nin birgə təşkilatçılığı ilə “Südçülük təsərrüfatlarının dayanıqlığı və sürü sağlamlığı üçün əsas indikatorlar” mövzusunda forum keçirilib.
Aidiyyəti dövlət qurumlarının, aqrar sahədə aparıcı şirkətlərin rəhbərləri, yerli və xarici mütəxəssislərin iştirak etdikləri forumda İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Zamir Dibirov ölkədə fəaliyyət göstərən aqroparklar barədə məlumat verib. Diqqətə çatdırılıb ki, hazırda respublikanın 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-si isə emal sənayesi üzrə ixtisaslaşıb. Sözügedən aqroparklardan 44-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və ya tikinti işləri aparılır.
“Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri Sərdar Hacıyev “Yalama Aqropark”ın Azərbaycanda südçülüyün inkşafındakı rolu, əsas fəaliyyət sahələrindən danışıb.
Tədbirdə iştirak edən yerli və xarici mütəxəssislər “Yemləmə xətalarının fəsadları və onların iqtisadi analizi”, “Müxtəlif yemləmə konseptlərinin süd istehesalının səmərəliliyinə təsiri”, “Silos və senajın keyfiyyəti”, “Genetika südçülükdə əsas faktor kimi” mövzularında təqdimatla çıxış ediblər.
Sonda tədbir iştirakçıları tərəfindən mövzuya dair səsləndirilən suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
22 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























