Yeddi ayda ölkədə qaz hasilatı artıb
2022-ci ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 27,3 milyard kubmetr təbii qaz hasil edilib.
Energetia NAzirliyinin yaydığı məlumata görə, azın 7,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 14,8 milyard kubmetri “Şahdəniz”dən, 4,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz, yəni 3,2 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 12,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur. 7 ay ərzində Türkiyəyə 4,8 milyard kubmetr, Gürcüstana 1,6 milyard kubmetr, Avropaya isə 6,5 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 3,2 milyard kubmetrə yaxın qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 01 avqust tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 198 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 172,3 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 119,5 milyard kubmetr həcmi ixraca nəql edilib.
2022-ci ilin yanvar-iyul ayları ərzində ölkədə 19,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.
Hesabat dövründə 15,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 14,7 milyon tona yaxını konsorsiumun, 0,9 milyon tonu isə SOCAR-ın payına düşür.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 avqust 2022-ci il tarixinədək 596,9 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 558,5 milyon ton neft, “Şahdəniz”dən isə 38,4 milyon ton kondensat çıxarılıb. Bundan cari ilin 01 avqust tarixinədək 595 milyon tonu ixraca nəql edilib.
Cari ilin yanvar-iyul aylarında ölkədə neft emalı 3,4 milyon ton təşkil edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















