Zəngəzur dəhlizinin tikintisi 57 faiz icra olunub
Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa olunur.
Yolun ilk 77,5 kilometrlik hissəsi 6, qalan 46,1 kilometrlik hissəsi isə 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29,5 və 21,5 metrdir.
Məlumata əsasən, layihə üzrə işlərin ümumi 57 faiz yerinə yetirilib. Bundan əlavə, 265 dairəvi borudan 166-ı artıq tikilib, 39-da işlər davam edir; 42 düzbucaqlı borudan 18-i tikilib, 9-da işlər davam edir; 56 alt keçidin 19-u tikilib, 25-də işlər davam edir; 63 ehtiyat keçidlər üçün nəzərdə tutulmuş xidməti borulardan 28-nin inşası başa çatdırılıb,11-də işlər davam edir; 23 körpünün 19-da hazırda tikinti-quraşdırma işləri davam etdirilir.
Avtomobil yolunun 0-22 və 44-48-ci kilometrlik hissələrində yol geyiminin tikintisi işləri, 25,9-115-ci kilometrlik hissəsində isə qazma, dolğu və süni qurğuların tikintisi işləri görülür.
Yol boyu layihəyə uyğun ümumi uzunluğu 6 kilometr təşkil edən və şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşası aparılır. Tunellər üzrə işlərin yerinə yetirilməsi 37 faizdir.
Ortalama uzunluğu 1020 metr təşkil edən T1 tuneli üzrə qazma işləri, həmçinin beton püskürtmə işləri artıq yekunlaşıb. Bundan başqa, 1007 metr uzunluğunda olan T1 tunelinin sol istiqaməti üzrə kəmər betonu (40 santimetr) işləri 550 metr məsafədə, 1033 metr uzunluğunda T1 tunelinin sağ istiqaməti üzrə kəmər betonu (40 santimetr) işləri 444 metr məsafədə tamamlanıb.
Ortalama uzunluğu 1822 metr olan T2 tunelinin sol istiqaməti üzrə ümumi 985,5 metr, sağ istiqaməti üzrə isə ümumi 1166,35 metr məsafədə qazma və püskürtmə beton işləri yekunlaşıb.
Ortalama uzunluğu 3170 metr olan T3 tunelinin sol istiqaməti üzrə 1398 metr, sağ istiqaməti üzrə 1433 metr məsafədə qazma və püskürtmə beton işləri başa çatıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, AAYDA-nın rəhbərliyinin nəzarəti altında həyata keçirilən tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
37 d. əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
1 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
1 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
2 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
2 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
2 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır




























