Kapital Bank qalib tələbələri mükafatlandırdı
(®) Xəbər verdiyimiz kimi, təhsilin və gənclərin karyera inkişafına böyük önəm verən Kapital Bank 2022-ci ilin aprel ayında ali məktəb tələbələri üçün yeni layihə təqdim edib. Layihənin ilkin mərhələsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və ADA-nın tələbələri iştirak edirdilər.
Şərtlərinə görə tələbələr tək və ya komanda şəklində maraqlı ideyalarını təqdim edib, qalib olmaq uğrunda mübarizə aparırdılar. Layihə çərçivəsində 100-dən artıq ideya təqdim edilib ki, bunlardan 6 komanda – ümumilikdə 9 tələbə final mərhələsinə vəsiqə qazanıb.
21 iyul 2022-ci il tarixində layihə yekunlaşaraq qaliblər müəyyən edilib. 1-ci yerə “Kapital Citizen” layihəsi ilə ADA-nın tələbəsi Anar Bayramov, 2-ci yerə “BirVaxt” layihəsi ilə UNEC-in tələbəsi Nicat Həsənli, 3-cü yerə isə “BirBNA” layihəsi ilə UNEC-in tələbələri Aydan Əzizli və Lalə Məmmədova layiq görülüb. Qaliblərə müvafiq olaraq 1500 AZN, 900 AZN və 600 AZN məbləğində mükafatlar və sertifikatlar təqdim edilib. Həmçinin finala çıxan hər bir iştirakçı Kapital Bank-ın təcrübə proqramında iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, Kapital Bank həm ADA, həm də UNEC ilə bir neçə il əvvəl əməkdaşlıq memorandumu imzalayıb. Bu sənədə görə il ərzində hər iki ali məktəbdə “Karyera günləri”, müxtəlif konfranslar, təcrübə proqramı və başqa tədbirlər təşkil olunur. Bundan başqa gənclərin ideyalarını qiymətləndirmək üçün bu il PAŞA Holding ilə birgə “PASHA HACKATHON” layihəsi keçirilib. Bu kimi layihələr gənclərin karyera inkişafına müsbət töhfə verir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 107 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























