“Expressbank” yeni VEB saytını və “ONLAYN NÖVBƏ” xidmətini təqdim edir!
(®) “Expressbank” mövcud dizayn anlayışı ilə müasir rəqəmsal tendensiyalara uyğunlaşan yeni saytını təqdim edir! Bank daha keyfiyyətli və sürətli xidmət göstərmək üçün hər sahədə olduğu kimi rəqəmsal sahədə də innovativ həlləri və modern texnoloji yenilikləri yaxından izləyərək, bu fəlsəfəni öz saytında da tətbiq etmişdir. “Expressbank” bunun bir nümunəsi olaraq müştərilərinin gözləntilərini müsbət şəkildə qarşılamaq, onların bankın məhsul və xidmətlərindən daha rahat və daha operativ şəkildə yararlanması üçün veb saytını tamamilə yeniləmişdir.
Bankın yeniliklərlə dolu internet saytı həm müasir dizaynı, həm də punktuallaşdırılmış menyusu ilə daha əlçətan və rahat xidmət interferysini özündə cəmləşdirmişdir. Yenidən dizayn edilmiş veb sayt sayəsində siz bankın xidmət və məhsullarını ən müasir formada izləyə, axtarış edərək rahatlıqla tapa, bank haqqında xəbərləri təqib edə və bütün yeniliklərdən xəbərdar ola bilərsiniz.
Xüsusilə qeyd etmək istərdik ki, bankın yenilənmiş saytında ən diqqət çəkən yeniliklərdən biri də, “Onlayn növbə” funksiyasının əlavə edilməsidir. Müştərilərin məhsul sifarişlərini rahat və vaxt itirmədən etməsi üçün “Onlayn növbə” funksiyası müstəsna rol oynayır. Belə ki müştəri banka gəlmədən “Onlayn növbə” funksiyası vasitəsilə xidmət almaq istədiyi “filial”, “xidmət növünü”, gəlmək istədiyi “tarixi” və “saat” xanalarını seçərək müraciəti üzrə müvafiq məlumatları qeyd edib, təsdiqləyir.
Həmçinin yeni saytda olan digər bir yenilik isə məhsullar üzrə olan “Sifariş Formaları”na aiddir. Müştərilərin rahatlığı, saytdan yararlanma prosesini və məhsul sifarişlərini minimal vaxt çərçivəsində həyata keçirməsi üçün məhsullar üzrə olan “Sifariş Formaları” da yenilənmiş və daha da təkmilləşdirilmişdir. Müştərilər məhsullar üzrə müraciət etdikdə “Sifariş Formaları” ında olan xanalara öz məlumatlarını daha rahat şəkildə qeyd edəcəklər.
Bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı bankın rəsmi saytına https://www.expressbank.az daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























