Dövlət maşınqayırma zavodunu 16 milyon manat ilkin qiymətlə hərraca çıxarır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 16 və 23 avqust tarixlərində özəlləşdirmə hərracları keçiriləcək.
Marja Dövlət Xidmətinə istinadən xəbər verir ki, avqustun 16-da keçiriləcək hərraca 26 nəqliyyat vasitəsi, 23 avqustda təşkil olunacaq hərraca isə 17 kiçik dövlət müəssisəsi və obyekti, 36 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Belə ki, onların arasında kənd təsərrüfatı, ticarət, xidmət, tikinti materiallarının istehsalı və digər təyinatlı obyektlər vardır. Satışa çıxarılacaq müəssisə və obyektlər paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də yerləşir. Digər üstün cəhət isə bu obyektlərin əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ilkin start qiyməti 750 manatdan başlayır.
Ən yüksək ilkin start qiyməti "B.Sərdarov adına maşınqayırma zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 53 ünvanında yerləşən bu müəssisənin ümumi dəyəri 16 milyon 61 min manat təşkil edir, bunun 1 milyon 692 min 75 manatlıq hissəsi əmək kollektivinə güzəştli satışa, 14 milyon 368 min 925 manatlıq hissəsi isə hərraca yönəldilib. Əmlakın ümumi faydalı sahəsi 58.472 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 117.787 kvadratmetrdir.
"B.Sərdarov adına maşınqayırma zavodu" 2021-ci ili 335 min manat xalis zərər ilə başa vurub. 2020-ci ildə şirkətin zərəri 407 min manat təşkil etmişdi. "B.Sərdarov adına maşınqayırma zavodu"nun cəmi gəlirləri 2020-ci ildə 738 min manat ikən, 2021-ci ildə 620 min manata düşüb.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1970-2011-ci illəri əhatə edir.
Dövlət əmlaklarının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3mmNVpB)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















