Qlobal bazarlar FED sədrinin açıqlamaları ilə rahatladı - Böhran ilə bağlı fərziyyələri rədd etdi
Dünən axşam FED bu il ikinci dəfə faiz dərəcələrini 75 faiz bəndi artıraraq 2.25% - 2.50% aralığına çatdırdı. Mətbuat konfransında çıxış edən FED sədri Cerom Pauel "heç bir tənəzzül yoxdur" deyib və oxşar ölçüdə (75 faiz bəndi) üçüncü bir qərarın qəbul edilə biləcəyini söyləyib. Pauellin faizin artırılması tempinin müəyyən bir nöqtədə yavaşlayacağına işarə etməsindən sonra birjalar yüksəlib, istiqraz gəlirləri düşüb və dollar ucuzlaşıb. Bəzi iqtisadçılar FED-in inflyasiya ilə mübarizədə etibarını bərpa etdiyi fikrini əsas gətirsələr də, digərləri bazarların çox optimist reaksiya verdiyini düşünür.ABŞ Mərkəzi Bankının (FED) sədri Cerom Pauellin ABŞ iqtisadiyyatında tənəzzül olmadığını və faizin artırılmasının tempinin nə vaxtsa yavaşlayacağını deməsindən sonra Wall Street indeksləri yüksəlib, ABŞ istiqrazlarının faizləri və dollar ucuzlaşıb. S&P 500 indeksi günü 2,62 faiz, Nasdaq 100 isə 4,26 faiz artımla tamamlayıb.
MArja xəbər verir ki, ABŞ-ın 10 illik istiqrazının gəlirliliyi 9 baz bəndi azalaraq bir müddət 2,72%-dən aşağı düşüb, daha sonra 2,78% ilə bağlanıb. Bloomberg Dollar İndeksi də 0,61% azalaraq 1273-ə düşüb.
Qərardan sonrakı ilk ticarət günündə Asiyada fond indekslərinin əksəriyyəti ABŞ-dakı hərəkətlərdən daha məhdud olsa da, müsbətdir.
FED-in açıqlamalarından sonra neft, qızıl və Bitcoin də bahalaşıb. Brent markalı neftin barel qiyməti 107 dollar, ABŞ xam neftinin barel qiyməti isə 98 dollardan yuxarıdır. Çərşənbə günü qızıl 1 faiz bahalaşaraq bir unsiya üçün 1734 dollara çatıb. Bitkoinin iki günlük bahalaşması 10 faizi keçib.
ABŞ Federal Ehtiyat Sistemi (ABŞ Mərkəzi Bankı) faiz dərəcələrini ard-arda 75 bənd artırarkən, FED sədri Jerome Powell iqtisadiyyatın tənəzzülə uğradığı ilə bağlı fərziyyələri rədd edərək, eyni ölçüdə (75 bənd) daha bir addım ata biləcəklərini söyləyib.
FED-in Federal Açıq Bazar Komitəsi (FOMC) faiz qərarı mətnində “inflyasiyanın 2 faizlik hədəfinə qaytarılmasına qətiyyətlə sadiq qaldığını” və “inflyasiya risklərinə çox diqqətli” olduğunu təkrarlayıb.
Komitə "işə qəbulların son aylarda güclü olduğunu və işsizlik səviyyəsinin aşağı qaldığını" qeyd edib.
Qərar açıqlandıqdan sonra mətbuat konfransı keçirən Pauell növbəti iclasda "qeyri-adi böyük" faiz artımının məqsədəuyğun ola biləcəyini, lakin bunun bu gündən o vaxta qədər olan məlumatlardan asılı olacağını bildirib.
Pauell əlavə edib ki, "Fed müəyyən bir nöqtədə faiz artımını yavaşlatacaq."
İqtisadiyyatın tənəzzüldə olduğuna inanmadığını deyən FED sədri, "Tələb hələ də güclüdür və iqtisadiyyat bu il böyüməyə davam etmək yolundadır" deyib.
Həmçinin oxu
FED faizini bir daha kəskin artırdıMüştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 15 saat sonra
-
-
1 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
2 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
2 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
2 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb























