Qlobal iqtisadi artım proqnozunu aşağı salan BVF-dən böhran xəbərdarlığı
Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatının tezliklə tam böhran astanasında ola biləcəyi ilə bağlı xəbərdarlıq edərək, bu il və gələn il üçün qlobal artım proqnozlarını aşağı salıb. BVF yenilənmiş Qlobal İqtisadi Proqnozlar Hesabatında qlobal iqtisadi artımın bu il 3,2 faizə qədər yavaşlayacağını proqnozlaşdırıb.Beynəlxalq Valyuta Fondu (BVF) yüksək inflyasiya və Ukrayna müharibəsindən qaynaqlanan risklərin reallaşdığını, nəzarət altına alınmasa, dünya iqtisadiyyatını tənəzzül həddinə çatdıra biləcəyi barədə xəbərdarlıq edərək qlobal artım proqnozlarını yenidən aşağı salıb.
Marja xəbər verir ki, təşkilat 2022-ci il üçün qlobal iqtisadi artım proqnozunu 3,6 faizdən 3,2 faizə endirib.
2023-cü il üçün gözlənti 3,6 faizdən 2,9 faizə endirilib.
Təşkilat qiymətləndirməsində 2023-cü il üçün tənəzzül riskinin artdığını bildirib.
İnkişaf etmiş iqtisadiyyatlar üçün 2022-ci il üzrə artım proqnozunu 3,3 faizdən 2,5 faizə endirən BVF, 2023-cü il üçün proqnozunu da 2,4 faizdən 1,4 faizə endirib.
ABŞ iqtisadiyyatı üçün 2022-ci il artım proqnozunu 3,7 faizdən 2,3 faizə endirən BVF, Avro Bölgəsi ilə bağlı artım gözləntisini 2,8 faizdən 2,6 faizə, Böyük Britaniya iqtisadiyyatı ilə bağlı 2022-ci il üçün artım proqnozunu 3,7 faizdən 3,2 faizə endirib.
ABŞ iqtisadiyyatı üçün 2023-cü il üzrə artım proqnozunu 2,3 faizdən 1,0 faizə endirən BVF, Avro Bölgəsi üçün artım gözləntisini də 2,3 faizdən 1,2 faizə endirib. BVF, Böyük Britaniya iqtisadiyyatı üçün 2022-ci il üçün artım proqnozunu 1,2 faizdən 0,5 faizə endirib.
İnkişaf etməkdə olan ölkələr üçün 2022-ci il üzrə artım gözləntisi 3,8 faizdən 3,6 faizə, 2023-cü il üçün proqnoz isə 4,4 faizdən 3,9 faizə endirilib. Çin iqtisadiyyatı üzrə 2022-ci il üçün artım gözləntisi 4,4 faizdən 3 faizə, 2023-cü il üçün artım proqnozunu isə 5,1 faizdən 4,6 faizə endirilib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 27 d. əvvəl
-
- 33 d. əvvəl
- 42 d. əvvəl
-
53 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 58 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)




.jpg)






.jpg)




