Rabitəbankdan “İnvoysların Maliyyələşdirilməsi” krediti!
(®) Sahibkarlar üçün rahat bankçılıq xidmətləri təklif edən Rabitəbank onları sevindirməyə davam edir.
Bu dəfə bank iş adamlarının maliyyə resurslarına daha optimal və çevik çıxışını təmin etmək məqsədilə “İnvoysların Maliyyələşdirilməsi” biznes kredit məhsulunu təqdim edir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan kiçik və orta biznes sahibləri, rəsmi müqavilələr üzrə mal və xidmətlər satan fiziki və hüquqi şəxslər elan edilmiş invoys və hesab-faktura əsasında debitor borclarının ödənişi məqsədi ilə “İnvoysların Maliyyələşdirilməsi” kreditindən yararlana bilərlər. Bu kreditin əsas üstünlüyü ondadır ki, ənənəvi biznes krediti ilə müqayisədə daha əlverişli faiz dərəcələri təklif olunur və sahibkarlar minimal sənəd tələbi ilə girovsuz kredit əldə edə bilərlər. Müvafiq sənədləri təqdim etmiş sahibkarlara Rabitəbank tərəfindən invoysda göstərilmiş məbləğin 90%-dək kredit limiti ayrılır.
“İnvoysların Maliyyələşdirilməsi” kreditinin digər xüsusiyyətləri:
-Maliyyələşdirilmə limiti: 30 000 AZN – 1 000 000 AZN
-Müddət: 3 ayadək
-Güzəşt müddəti: 2 ay
-İllik faiz dərəcəsi: 12%-dən başlayaraq
Müxtəlif biznes ehtiyaclarını qarşılamaq, habelə işini irəliyə aparmaq istəyən biznes sahibləri, Rabitəbankın təqdim etdiyi bu imkanlar məhz sizin üçündür! Xüsusilə pandemiya dövründə kiçik və orta biznesinizi daha da böyütmək üçün filiallarımıza müraciət edə və ya bankın rəsmi veb-saytında krediti onlayn sifariş edə bilərsiniz. Tələb olunan sənədlər və digər şərtlər barədə daha ətraflı məlumatı bu linkə keçid etməklə əldə edə bilərsiniz – http://rbt.az/invoys
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























