“Bank Respublika”nın elan etdiyi hakatonun finalçıları müəyyən oldu!
(®) Ölkəmizin aparcı banklarından biri olan Bank Respublika, ölkəmizdə açıq bankçılıq üzrə keçirlən ilk hakatonun final mərhələsində iştirak edəcək komandaların adlarını açıqladı.
Müsabiqədə iştirak etmək üçün İT sahəsində öz bacarığını nümayiş etdirmək istəyən gənclərdən ibarət 40-a yaxın müraciət edib. Keçirilən testlər nəticəsində 8 ən istedadlı və kreativ komanda finala vəsiqə qazanıb:
- DataMass
- Attechers
- Fuzzy Logic
- 2+3 Found Now
- bugFlayers
- Pied Piper
- Evolution
- Risk Takers
5-7 avqust tarixlərində baş tutacaq növbəti mərhələdə isə komandalar 50 saat davam edən yarışa qatılacaqlar 8 avqust tarixində qalib müəyyən olunacaq. Müsabiqə zamanı qarşıya qoyulan tapşırığı tələb olunan meyarlara uyğun şəkildə və ən yüksək nəticə ilə yerinə yetirən komandalar münsiflər heyəti tərəfindən müxtəlif kriteriyalar üzrə qiymətləndirilərək qalib elan olunacaq. Münsiflər heyətinin tərkibinə ölkəmizdə fəaliyyət göstərən aparıcı İT, Fintech və özəl şirkətlərin rəhbərləri daxildir.
Ölkəmizdə açıq bankçılıq üzrə keçiriləcək ilk hakatonunda ən yüksək nəticə göstərən komandanı 5.000 AZN, 2-ci yerin qalibini 2.500 AZN dəyərində pul mükafatı, 3-cü yerin sahibini isə 1.500 AZN dəyərində pul mükafatı gözləyir.
Yarışma barədə ətraflı məlumatı https://openbanking.az səhifəsindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 16 d. əvvəl
-
25 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
29 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
47 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)
.jpg)







.jpg)



