Afrikada keçirilən beynəlxalq tədbirlər “Azerspace-1” peyki üzərindən yayımlanır
Azərkosmos əməkdaşlıq etdiyi qlobal media yayım şirkətləri ilə birgə Afrika regionundakı beynəlxalq idman oyunlarını “Azerspace-1” peyki üzərindən yayımlayır.
Azərkosmos-un yaydığı məlumatda bildirilir ki, 2022-ci ilin birinci yarımili ərzində Afrika regionuna daxil olan ölkələrdə keçirilən Beynəlxalq Otüstü Hokkey Federasiyasının (FIH) kişi hokkeyi üzrə yarışları, Afrika Basketbol Liqası, Bundesliqa, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) və “La Liqa”nın oyunlarının ən maraqlı anları Afrika, eləcə də digər qitələrdəki milyonlarla televiziya tamaşaçısına “Azerspace-1” peyki vasitəsilə yüksək keyfiyyətdə və fasiləsiz olaraq çatdırılıb.
Qeyd edək ki, Azərbaycanın telekommunikasiya peykləri – “Azerspace-1” və “Azerspace-2” peykləri Afrika qitəsini əhatə etməklə qitənin 2/3 hissəsinə internet və yayım xidməti göstərir. Bu xidmətlər Azərkosmos və “Globecast”, “İKO Media”, “Telemedia”, “Bagira Group” və bu kimi digər qlobal media şirkətləri ilə əməkdaşlıq sayəsində təqdim olunur.
Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos Azərbaycanda innovativ kosmik ekosistemin inkişafının aparıcı qüvvəsidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda iki telekommunikasiya peyki (Azerspace-1 və Azerspace-2) və bir Yer səthinin məsafədən müşahidəsi peyki (Azersky) vasitəsilə dünya üzrə tərəfdaşlarına yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























