Azərbaycanda ilk dəfə dizel generatoru istehsalına başlanılıb
STP Şirkətlər Qrupu 19 iyul 2022-ci il tarixində media nümayəndələri üçün istehsalat turu təşkil edib.
Marja xəbər verir ki, tur zamanı Şirkətlər Qrupuna daxil olan “STP Global Cable”ın istehsal etdiyi dizel generatorlarının təqdimatı olub. Qeyd edək ki, Azərbaycanda daha öncə dizel generatorlarının istehsalı həyata keçirilməyib və STP-nin istehsalı Azərbaycan üçün ilkdir.
Media üçün istehsal turunda ilk öncə jurnalistlərə SƏTƏM təlimi keçirilib. Daha sonra Kabel və dizel generatorlarının istehsalı həyata keçirilən Elektrik Avadanlıqları istehsalı sahəsi ilə tanışlıq olub. Jurnalistlər ilk olaraq, ümumi istehsalat, daha sonra isə yeni məhsul olan dizel generatorlarının istehsalı prosesi ilə tanış olublar. Detalların hazırlanmasından avadanlığın hazır məhsul formasına gətirildiyi yığım sahəsinə qədər hər bir detal medianın marağına səbəb olub.
Müəssisədə güc diapazonu 15KVA-2000KKVA güc diapazonunda dəyişən dizel generatorlarının istehsalı planlaşdırılır. Şirkət ilkin olaraq, iki model, 27.5 KVA və 55KVA dizel generatorlarını istehsal edib. Yaxın gələcəkdə modellərin sayı artırılacaq. İstehsal olunan hər generatorun çıxış gərginliyi 220-400 volt aralığındadır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























