"Expressbank"ın kreditlərinə tələb var - PORTFELİ DAHA DA BÖYÜYÜB
2022-ci ilin ilk 6 ayı ərzində (yanvar-iyun dövründə) "Expressbank" ASC tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 11 milyon 906 min manat artaraq 30 iyun 2022-ci il tarixində 273 milyon 345 min manata çatıb.
Marja.az xəbər verir ki, bankın istehlak kreditləri portfeli 11 milyon 404 min manat artaraq 149 milyon 391 min manata, ipoteka kreditləri portfeli 2 milyon 797 min manat artaraq 36 milyon 734 min manata yüksəlib. Eyni dövrdə, biznes kreditləri portfeli 2 milyon 294 min manat azalaraq 87 milyon 221 min manata düşüb.
Müştərilərə verilmiş xalis kreditlər (mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric kredit portfeli) 14 milyon 898 min manat artaraq 265 milyon 454 min manat təşkil edib.
Qeyd edək ki, “Expressbank” müştərilərinin bu yay pullarını kredit ödənişlərinə deyil, istirahətə xərcləmələri üçün sərfəli kredit kampaniyası başlatmışdır. Kreditlərinizi “Expressbank”a gətirib və ilk 2 ay əsas borca güzəşt olmaqla yalnız faiz ödənişlərini edib, əsas borc hissəsini isə 2 ay sonra ödəməklə 30.000 manatadək nağd pul kreditini heç bir komissiya və ya sığorta haqqı olmadan əldə edə bilərsiniz. Üstəlik balansında 10.000 manatadək Expresso Standart, GOLD və Platinum kredit kartları müştərilərə hədiyyə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























