Bu bankın xalis mənfəəti 40% artıb - MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI
"Bank Melli İran" Bakı filialı 2022-ci ilin ilk 6 ayını (yanvar-iyun dövrünü) 805 min 721 manat xalis mənfəət ilə başa vurub. Filial ötən ilin eyni dövrünü 575 min 159 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında "Bank Melli İran" Bakı filialının xalis mənfəəti 40% artıb.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən ilin ilk 6 ayında "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 1 milyon 703 min manat ikən, 2022-ci ilin ilk 6 ayında 1 milyon 735 min manat təşkil edib. Bankın haqq və komissiya gəlirləri 86 min manatdan 87 min manata yüksəlib.
Xalis mənfəətin artması "Bank Melli İran" Bakı filialının bu il aktivlər üzrə ehtiyatların yaradılmasına ayırma etməməsilə əlaqədardır. Ötən ilin ilk 6 ayında Bank ehtiyata 649 min manat ayırmışdı. Bu il isə ehtiyatdan 99 min manat azad olub.
30 İyun 2022-ci il tarixində "Bank Melli İran" Bakı filialı 90 milyon 41 min manat cəmi aktivlərə, o cümlədən 9 milyon 729 manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2021-ci ilin sonunda 86 milyon 840 min manat cəmi aktivlərə, o cümlədən 9 milyon 845 min manat kredit portfelinə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























