“MKT İK” MMC könüllü qanvermə aksiyası keçirib - FOTOLAR
(®) Qurban Bayramı ərəfəsində “MKT İK” MMC “Mərkəzi Qan Bankı” ilə birgə MKT Ağdam filialında “Qan Ver, Həyat Xilas Et” şüarı ilə könüllü qanvermə aksiyası keçirib.
Qanvermə aksiyanın keçirilməsində başlıca məqsəd hər ay qan köçürülməsinə ehtiyac duyan Hemofiliya və Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların sağlamlığının qorunmasına kömək etməkdir.
Aksiya Mərkəzi Qan Bankının həkim briqadası tərəfindən icra edilib. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər. Könüllü donor kimi Qızıl Aypara Cəmiyyəti, Mexaniki Suvarma İdarəsi, Medilife klinikası, Azərsun, MKT Ağdam, MKT Ağcəbədi, MKT Lənbəran fililialının əməkdaşları digər könüllü şəxslər qan veriblər. Aksiya çərçivəsində yüzdən çox könüllü donordan qan götürülüb. Həmçinin tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsənov Vaqif iştirak edərək “MKT İK” MMC-nin bu addımını yüksək qiymətləndirmiş, qanvermə aksiyasında iştirak edən donorlara minnətdarlığını bildirmişdir.
Götürülən qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçirildikdən sonra Mərkəzi Qan Bankında toplanacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)




