Unibank Frontclear və TCX ilə növbəti valyuta hedcinq sazişi imzalayıb
“Unibank”ın ABŞ dolları üzrə öhdəliklərini effektiv şəkildə manat öhdəliyinə çevirə biləcək.Frontclear Unibank KB ilə AZN/USD-də çatdırılmayan kross-valyuta svop (NDCCS) sazişini təşkil edib və strukturlaşdırıb.
"Unibank"ın yaydığı məlumatda bildirilir ki, bu saziş “Unibank”ın ABŞ dolları üzrə öhdəliklərini effektiv şəkildə manat öhdəliyinə çevirmək imkanı yaradır, bu isə bankın müştərilərinin milli valyutada maliyyələşdirilməsi imkanlarını daha da artıracaq.
NDCCS əməliyyatı Baş ISDA Müqaviləsinə əsasən sənədləşdirilib. Frontclear-ın sövdələşməni səmərəli təşkili və strukturlaşdırması ilə Azərbaycanda ləğvetmə nettinqi ilə əlaqəli olan bəzi hüquqi məsələlərə də aydınlıq gətirilib.
“Biz Azərbaycanda daha bir ISDA törəmə əməliyyatını həyata keçirməkdən və Azərbaycanın pul bazarlarının inkişafını daha da irəli aparmaqdan məmnunuq. Bu sövdələşmə dünya bazarlarında oyunçuların Azərbaycan bazarına çıxış imkanlarını genişləndirir və ölkədə bu cür əməliyyatların hüquqi risklərini azaldır. Bizim iştirakımız Azərbaycanda bu istiqamətdə ən yaxşı təcrübələri təbliğ edir”– Andrey Şinkeviç, “Frontclear”ın baş vitse-prezidenti bildirib.
Unibank KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov isə hesab edir ki, Frontclear və TCX kimi mötəbər təşkilatlarla əməkdaşlıq, bankın müştəriləri üçün yeni imkanlar yaradacaq: “Biz çox şadıq ki, NDCCS əməliyyatı “Unibank”ın strategiyasında mühüm hədəflərdən biri olan yerli biznesin maliyyələşdirilməsi üçün yeni fürsətlər açır. Bu müqavilə korporativ müştərilərimizi ucuz və aşağı riskli maliyyə resursları ilə təmin etmək üçün daha çox imkanlar yaradacaq. Beləliklə, Unibank real iqtisadiyyatın inkişafına dəstəyini daha da artıra biləcək”.
“Biz Frontclear ilə əməkdaşlıqdan məmnunuq, çünki TCX-yə “Unibank”ın öz ABŞ dolları öhdəliklərini AZN-ə dəyişdirmək yolunu təklif etmək imkanı yaradıb. Bu təklif “Unibank”a öz müştərilərinin milli valyutada maliyyələşdirilməsi tələbini ödəməyə imkan verir. Frontclear kredit və hüquqi riskləri əhatə etdiyi üçün TCX də bu tərəfdaşlığın benefisiarıdır. Hal-hazırda TCX-nin qarşısında Fondun uzunmüddətli münasibətlərinə xidmət edən, gələcəkdə daha rahatlıqla birbaşa əlaqələrə girməsi və tərəfdaşlarla birbaşa əlaqələr qurmaq üçün imkanlar açılır.– Jerome Pirouz, strukturlaşdırma üzrə baş vitse-prezident, TCX
Frontclear haqqında
Frontclear Amsterdam yerləşən maliyyə inkişaf inistutudur. Frontclear Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Hollandiyanın FMO inkişaf bankı, Financial Sector Deepening Africa (FSDA), Fransız İnkişaf Bankı Proparco, Valyuta Mübadilə Fondu (TCX) daxil olmaqla, Avropa inkişaf maliyyə institutları, Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) və Almaniya İnkişaf Əməkdaşlıq Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilir. Frontclear-ın zəmanətləri AAA reytinqli Alman İnkişaf Bankı olan KfW tərəfindən əks-zəmanət verilir. Frontclear-ın inkişaf mandatı qarşı tərəfin kredit riskini ödəmək üçün maliyyə zəmanətlərinin təmin edilməsi yolu ilə inkişaf etməkdə olan və sərhəd bazarlarında daha sabit və inklüziv maliyyə bazarlarını katalizləşdirməyə yönəlib. Frontclear həmçinin maliyyə infrastrukturunun, hüquqi mühitin, habelə yerli bazar iştirakçılarının bacarıq və potensialının inkişafı üçün texniki yardım təklif edir.
Unibank haqqında
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın iri özəl banklarından biridir. Bank paytaxtda və regionlarda geniş xidmət şəbəkəsinə malikdir. 30 ildir fəaliyyət göstərən Unibank, 1 milyondan çox fərdi və korporativ müştəriyə xidmət göstərir. Unibank uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
TCX haqqında
TCX bu cür məhsulların mövcud olmadığı və ya əlçatan olmayan 100-dən çox maliyyə bazarında uzunmüddətli valyuta svopları və forvard təklifləri təklif edən qlobal inkişaf maliyyə təşəbbüsüdür. Fond 2007-ci ildə fəaliyyətə başlayıb və o vaxtdan bəri 11 milyard ABŞ dollarından çox yerli valyuta kreditləri üçün hedcinq alətləri təqdim edib. 2021-ci ilin sonuna fondun portfeli 1,2 milyard ABŞ dolları fondun kapitalı ilə dəstəklənən 55 valyutada yayılmış 5 milyard ABŞ dolları təşkil etmişdir. TCX S&P tərəfindən tək A və Moody's tərəfindən A1 olaraq qiymətləndirilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
28 d. əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
-
34 d. əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 41 d. əvvəl
-
48 d. əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Ən çox oxunanlar
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir























