Türkiyə bankı Azərbaycanda şirkətləri üçün xüsusi internet platforması hazırlayır - məhsullara yeni bazarlar əldə edəcəklər
“Ziraat Bank Azərbaycan”dan xarici ticarət iştirakçılarına hərtərəfli dəstək“Ziraat Bank Azərbaycan” xarici ticarət ilə məşğul olan müştərilərinin tələbatlarına müvafiq təklif etdiyi xidmətlərinin əhatə dairəsini genişləndirməyə davam edir.
Bankın yaydığı məlumata əsasən Azərbaycanda fəaliyyət göstərən şirkətlərin “Ziraat Maliyyə Qrupu”nun fəaliyyət göstərdiyi ölkələrdən olan sahibkarlarla işbirliyinin qurulması üçün xüsusi internet platformanın hazırlanma layihəsi davam etdirilir və yaxın zamanda bankın müştəriləri bu müqayisəli üstünlükdən faydalanaraq xaricdə öz məhsullarına yeni bazarlar əldə edəcək və idxal üçün çoxsaylı sərfəli təkliflərə çıxış imkanına sahib olacaqlar.
Bankın yaydığı məlumatda qeyd edilib ki, real sektorun inkişafına, xüsusilə ixracyönümlü və idxalı əvəzləyən məhsul istehsalının artımına hədəflənən fəaliyyətin dəstəklənməsi “Ziraat Bank Azərbaycan” ASC-nin əsas prioritetlərindəndir.
“Ziraat Bank Azərbaycan” xarici ticarət iştirakçılarına təqdim edilən bank xidmətlərinin keyfiyyətinə xüsusi əhəmiyyət verir. Belə ki, Bank bu istiqamət üçün nəzərdə tutulan xidmətlərinin geniş çeşidliyi, keyfiyyəti, rəqabətli qiymətləri, innovativ texnologiya meyarları və müştəriyönümlü təklifləri ilə digər banklardan fərqlənir.
Həmçinin Bankın dünyanın 18 ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”nun üzvü olması, onu ticarət istiqamətində müqayisəli üstünlüklərlə təmin edir.
Belə ki, “Ziraat Bank Azərbaycan” xarici ticarətdə istifadə edilən akkreditiv, bank zəmanət məktublarını və digər xidmətləri öz geniş müxbir şəbəkəsi vasitəsilə dünyanın müxtəlif ölkələrinə sərfəli şərtlərlə çatdırmaq imkanına sahibdir. Qeyd etmək lazımdır ki, “Ziraat Maliyyə Qrupu”nun üzvü olaraq Bank xarici ölkələr arasında böyük nüfuza sahibdir, bu da xarici ticarət xidmətlərinin göstərilməsində əsas amillərdən biridir.
Bank, eyni zamanda, bu sahədə kifayət qədər təcrübəsi olmayan və ya ilk dəfə ixrac və idxalda bu xidmətlərdən istifadə edən müştərilərə ödənişsiz məsləhət, akkreditiv və qarantiya mətnlərinin hazırlanması xidmətlərini də təqdim edir. Bununla yanaşı, “Ziraat Bank Azərbaycan” ixrac və idxalın istər bankın resursları hesabına, istərsə də beynəlxalq tərəfdaşlarının təqdim etdiyi sərfəli maliyyələşmə imkanları hesabına maliyyələşdirilməsini təmin edir. Ölkələrin dayanıqlı inkişafının təmin edilməsində xarici ticarətin çox mühüm rolu var. Xarici ticarət xidmətləri göstərən banklar sahibkarlara ticarət əməliyyatlarını qüsursuz və likvidlik problemləri yaşanmadan həyata keçirmək üçün dəstək olur. Bunun üçün sahibkar üçün doğru tərəfdaş bankının seçimi çox böyük önəm daşıyır. Ticarət xidmətlərində “Ziraat Bank Azərbaycan”ın müştərilərinə ən yaxşı imkanları təqdim etməsi nəinki ölkə daxilində, qlobal arenada da dəyərləndirilir. Belə ki, Bank dünyanın nüfuzlu “Global Finance” nəşri kimi mühüm beynəlxalq platforma tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” nominasiyasına layiq görülüb. Ətraflı məlumatı növbəti linkdən əldə edə bilərsiniz: https://bit.ly/3JAiNwe
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın feysbuk, instaqram, tviter, linkedin, yutub sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
30 d. əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
-
36 d. əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 43 d. əvvəl
-
50 d. əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Ən çox oxunanlar
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir

























