Bakıda əsası qoyulmuş şirkət 2 yük təyyarəsi alır
"Silk Way West Airlines" "Airbus" ilə 2 "A350" yük təyyarəsinin alınması üçün müqavilə imzalayıb və onların çatdırılması 2027-2028-ci illərdə planlaşdırılır.
Razılaşmaya əsasən gələcəkdə eyni modeldən daha iki təyyarənin alınması nəzərdə tutulub. İki şirkət arasında olan ilk saziş 28 iyun 2022-ci il tarixində Bakıda Silk Way West Airlines-ın prezidenti Volfqanq Mayerin və Airbus şirkətinin Regional İcraçı Vitse-Prezidenti və Avropa üzrə Satış Rəhbəri Vouter Van Vörşin iştirak etdiyi mərasimdə imzalanıb.
Bu yatırım Silk Way West Airlines şirkətinin yükdaşımalar üzrə artan tələbatın qarşılanması məqsədilə beynəlxalq hava şəbəkəsini genişləndirməsi istiqamətində atdığı növbəti addımdır.
A350F yük təyyarələrinin sifarişi Mərkəzi Asiya və MDB regionunda bir ilkdir. A350F dünyanın ən qabaqcıl uzaq məsafəli təyyarəsi olan A350-nin əsasında hazırlanıb. A350 ailəsinin yeni üzvü kimi A350F yük təyyarəsi ən müasir texnologiyadan, aerodinamikadan və misilsiz əməliyyat çevikliyindən bəhrələnib.
Təyyarənin əsas özəlliyi göyərtədə böyük yük qapısı və yük əməliyyatları üçün optimallaşdırılmış gövdə uzunluğudur. Korpusun 70%-dən çoxu qabaqcıl materiallardan hazırlanır ki, bu da uçuşun çəkisini 30 ton azaldır. Bu, optimallaşdırılmış və müasir yükləmə sistemi və 109 ton yükgötürmə qabiliyyəti ilə yanaşı, bütün növ yüklərin daşınmasını təmin edir. Rolls-Royce mühərrikləri ilə təchiz edilən A350F böyük yük təyyarələrinin yeni nəslinə aiddir və daha az yanacaq sərfiyyatı ilə yanaşı, CO2 emissiyalarının azalmasına töhfə verir.
Dünyanın ən səmərəli və ekoloji cəhətdən təmiz yük təyyarələrindən biri olan Silk Way West-in donanmasına bu son əlavələr aviaşirkətin davamlılıq məqsədlərinə cavab verir.
“Biz Airbus ilə ilk, lakin əlbəttə ki, sonuncu olmayan müqaviləni imzalamaqdan böyük məmnuniyyət hissi duyuruq və əminəm ki, səy göstərdiyimiz gələcək inkişaf üçün bu çox səmərəli tərəfdaşlıq olacaq. Bu gün qonaqlarımız Silk Way West Airlines-in tarixi məqamlarından birinin şahidi oldular. Əminəm ki, bu yeni təyyarələrin alınması bizə uğur gətirəcək və bu müqavilənin imzalanması şirkətimizin inkişafında yeni mərhələnin əsasını qoyur. Əminəm ki, yeni təyyarələrin alınması önümüzdəki 15-20 il ərzində şirkətimizin qlobal hava yolu ilə yükdaşıma bazarındakı aparıcı mövqelərini daha da gücləndirəcək”, - Silk Way West Airlines-ın prezidenti cənab Volfqanq Meyer bildirib. Müqavilə Silk Way West Airlines-ın qlobal yükdaşımaları bazarında öz payını artırmaq və regional liderliyini gücləndirmək strategiyasında növbəti addımının təzahürüdür.
2012-ci ildə İpək Yolunun qəlbi sayılan Bakıda əsası qoyulmuş Silk Way West Airlines 500 min tondan ibarət illik yük dövriyyəsi ilə Xəzər dənizi regionunun ən böyük hava yolu ilə yükdaşıma şirkətidir. Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət ayda dünyanın 40 istiqaməti üzrə 350 müntəzəm uçuş həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 d. əvvəl
-
- 10 d. əvvəl
-
27 d. əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 39 d. əvvəl
-
39 d. əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
1 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb


















