Azərbaycanın ən böyük özəl bankı kreditlərin yarıdan çoxunu ticarət və xidmət sektoruna ayırıb
"PAŞA Bank"ın kredit portfelinin sektorlar üzrə bölgüsü açıqlanıb.
Marja-nın məlumatına görə, 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib ki, 2021-ci ilin sonunda "PAŞA Bank" tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2 milyard 632 milyon 4 min manat təşkil edib. Cəmi kreditlərin 1 milyard 366 milyon 781 min manatı və ya 51,9%-i ticarət və xidmət sektoruna, 317 milyon 62 min manatı və ya 12%-i istehsal sektoruna, 301 milyon 404 min manatı və ya 11,5%-i fiziki şəxslərə, 221 milyon 248 min manatı və ya 8,4%-i tikinti sektoruna, 170 milyon 18 min manatı və ya 6,5%-i nəqliyyat və telekomunikasiyaya, 152 milyon 466 min manatı və ya 5,8%-i kənd təsərrüfatı və yeyinti sənayesinə, 41 milyon 706 min manatı və ya 1,6%-i dağ-mədən sahəsinə, 37 milyon 388 min manatı və ya 1,4%-i BOKT-lara, 12 milyon 571 min manatı və ya 0,5%-i lizinq üzrə, 7 milyon 503 min manatı və ya 0,3%-i enerji səhsəinə, 3 milyon 557 min manatı və ya 0,1%-i digər sahələrə ayrılıb.
Müştərilərə verilmiş kreditlərin valyuta üzrə bölgüsünə görə, "PAŞA Bank"ın kredit portfelinin 1 milyard 198 milyon 409 min manatı xarici valyutalarda 1 milyard 433 milyon 595 min manatı milli valyutada (AZN) olub. Ötən il xarici valyutalarda olan kredit portfeli 9 milyon 2 min manat, milli valyutada olan kredit portfeli isə 459 milyon 582 min manat artıb.
Müştərilərə verilmiş kreditlərin ümumi aktivlərdə payı 38.2%-dən 39.7%-ə yüksəlib.
"PAŞA Bank" aktivlərinin həcminə görə Azərbaycanın ən böyük özəl bankıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)




.jpg)


