Rabitəbank böyük məbləğdə kredit cəlb etdi
İyunun 24-də Bakıda keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda “Rabitəbank” ASC və Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) arasında kredit müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, QDTİB Rabitəbank-a 36 ay müddətinə 10 milyon ABŞ dolları məbləğində kredit xətti təqdim edir.
Rabitəbank-ın İdarə Heyətinin Sədri Dr. Aydın Hüseynov bildirib: “Qara Dəniz Ticarət və İnkişaf Bankı” (QDTİB) arasında anlaşmamızın uğurlu və davamlı olacağına inanırıq. Tərəfdaşımız tərəfindən ayrılan 10 milyon dollar maliyyə dəstəyi, kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirilməsi, qeyri-neft sektorunun davamlı inkişafı yolunda biznes mühitinin yaxşılaşdırılması, eləcə də idxal və ixrac əməliyyatlarının maliyyələşməsi üçün kifayət qədər imkanlar yaradacaq”.
QDTİB-in prezidenti Dmitri Pankin Bakıda keçirilən QDTİB Biznes Forumunda imzalanmış sazişi şərh edərkən deyib: “KOB-lar Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda artımın əsas mənbəyini təşkil edir. İqtisadiyyatın bu mühüm seqmentinin inkişafına dəstəyimizi genişləndirmək və kiçik biznesə məşğulluq yaratmaq, ixrac potensialında rəqabət qabiliyyətini artırmaq və digər yollarla ölkədə iqtisadi artımı dəstəkləmək üçün Rabitəbank ilə bir araya gəlməkdən məmnunuq”.
Qeyd edək ki, hazırda QDTİB-in elan olunmuş kapitalı 3,45 milyard avro, abunə olunmuş kapitalı 2,289 milyard avro, ödənilmiş kapitalı isə 0,687 milyard avrodur.
Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























