ARDNF: "Dövlət büdcəsinə transfertin azalması layihələrin maliyyələşdirilməsinə təsir etməyəcək"
Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) 2022-ci ilin dövlət büdcəsinə transfertin azalması Fondun maliyyələşdirdiyi digər layihələrə təsir etməyəcək.
Bu barədə Fonddan bildirilib.
"Əksinə aparılacaq dürüstləşdirmə çərçivəsində Fondun maliyyləşdirdiyi digər layihələr üzrə xərclərdə də dəqiqləşdirmənin aparılması nəzərdə tutulur. Cari ildə dövlət büdcəsində dürüstləşdirmə aparılmış və 2022-ci ilin gəlir və xərclər kontekstində icmal büdcənin bir sıra əsas parametr və göstəricilərində, o cümlədən xam neftin baza qiymətində, Neft Fondundan dövlət büdcəsinə transfertin həcmində dəyişikliklik edilib", - ARDNF-ə bildirib.
Məlumatda deyilir ki, “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq Fondun büdcəsinin icmal büdcənin tərkib hissəsi olduğunu və onun yuxarıda qeyd edilən büdcə parametrlərinin dövlət büdcəsi ilə eyni götürüldüyünü nəzərə alaraq Neft Fondundan dövlət büdcəsinə transfertin həcmində müvafiq dəyişiklilərin aparılması zərurəti yaranıb:
"Məlum olduğu kimi ARDNF-nin fəaliyyətinin əsas məqsədlərindən birini neft gəlirlərinin gələcək nəsillər üçün toplanmasıdır. Neft Fondunun 2022-ci il büdcəsində dövlət büdcəsinə transfertin azalması ARDNF-in xərclərində 1 milyard 192,5 milyon manat (701,471 milyon ABŞ dolları) məbləğində qənaətin yaranmasına səbəb olur ki, bu da ilin sonuna ARDNF-nin proqnozlaşdırılan valyuta aktivlərinin həcminin müvafiq məbləğdə daha çox artmasına şərait yaradacaq”.
Qeyd edək ki, bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən Neft Fondundan dövlət büdcəsinə 11 milyard 517,5 milyon manat transfert nəzərdə tutulur ki, bu da 2022-ci ilin təsdiq edilmiş transfert göstəricisi ilə müqayisədə 9,4 % azdır.
Xatırladaq ki, ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
Bu ilin I rübündə Dövlət Neft Fondunun aktivləri 0,5 % artaraq 45 milyard 264 milyon ABŞ dollarına çatıb. 2022-ci ilin yanvar-mart aylarında ARDNF-nin büdcə gəlirləri 2 milyard 955,9 milyon manat, büdcə xərcləri isə 2 milyard 764,5 milyon manat təşkil edib.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)









.jpg)
