Azərbaycanda 8 bankın xüsusi ehtiyatlara ayırmaları artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-nin bu ilin I rübündə xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə çox olub. Bunlar “Turan Bank”, “Muğan Bank”, “Unibank”, “Kapital Bank”, “Zıraat Bank Azərbaycan”, “Azərbaycan Beynəlxalq Bankı” və “Xalq Bank” ASC-lər, eləcə də İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika “Turan Bank”da (45,6 dəfə), ən aşağı dinamika isə “Xalq Bank”da (0,7%) qeydə alınıb.
5 bankın – “Günay Bank”, “Bank Avrasiya”, “Naxçıvan Bank” və “Rabitəbank” ASC-lərin, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “Rabitəbank”da (75,5%), ən az azalma isə “Günay Bank”da (5,6%) qeydə alınıb.
3 bankın – “Bank of Baku”, “Bank VTB Azərbaycan” və “Express Bank” ASC-lərin xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti müvafiq olaraq 5,1 dəfə, 2,1 dəfə və 58,8% artıb, 3 bankın – “Bank Respublika” və “Yelo Bank” ASC-lərin, Pakistan Milli Bankının Bakı filialının isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti müvafiq olaraq 73%, 82,7% və 50% azalıb.
4 bank – “AFB Bank”, “Bank BTB” və “Premium Bank” ASC-lər, “Access Bank” QSC bu ilin yanvar-mart aylarında xüsusi ehtiyatlara vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 3 bank – “Azərbaycan Sənaye Bankı”, “Azər-Türk Bank” və “PAŞA Bank” ASC-lər isə bu ilin I rübündə xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə vəsait ayırıb. Odur ki, bu bankların xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb.
9 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-u bu ilin I rübündə xüsusi ehtiyatlara vəsait ayırmayıb. Bunlar “Azər-Türk Bank”, “Bank Respublika”, “Azərbaycan Sənaye Bankı”, “Yelo Bank”, “Express Bank”, “Bank VTB Azərbaycan”, “Bank of Baku” və “PAŞA Bank” ASC-lər, eləcə də Pakistan Milli Bankının Bakı filialıdır.
Başqa sözlə, bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici “PAŞA Bank”da (7,374 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (5 min manat) qeydə alınıb.
Qalan 17 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Ayırmaların ən yüksək həddi “Kapital Bank” ASC-də (38,8 milyon manat), ən aşağı həddi isə İran Milli Bankının Bakı filialında (107 min manat) qeydə alınıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























