1-ci rübdə Bakı Metropoliteninin gəlirləri 13 milyon manatı ötüb
2022-ci ilin birinci rübündə “Bakı Metropoliteni” QSC sərnişin daşınmasından 13 milyon 255,7 min manat gəlir əldə edib. Bu barədə hökumətdən məlumat verilib.
Hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 45 milyon 635,7 min nəfər təşkil edib.
Xəbər verildiyi kimi, COVİD-19 koronavirus pandemiyası səbənindən 2020-2021-ci illərdə Azərbaycanda metropolietinin fəaliyyəti ilə əlaqədar vaxtaşırı məhdudiyyətıər tətbiq edilib. Buna görə ötən il Bakı Metropoliteni yalnız 31 may tarixindən etibarən fəaliyyətini bərpa edib.
2021-ci ildə “Bakı Metropoliteni” sərnişin daşınmasından 26 milyon 154,4 min manat gəlir əldə edib (artım 21%). Ötən il metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 90 milyon 232,4 min nəfər təşkil edib, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 20,8% çoxdur.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 stansiyadan ibarətdir. Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. Sərnişin daşımalarının illik həcmi 200 milyon nəfəri ötür.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
14 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
46 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub























