Qatar ilə turist səfərlərinə başlanıb
Azərbaycanda ilk dəfə dəmir yolu turizminin inkişafı üçün yeni iri layihənin reallaşdırılmasına başlanılıb.
Bu məqsədlə ilk dəfə “Azərbaycan Dəmir Yolları” QSC və cəmiyyətin nəzdində fəaliyyətə başlayan “Railtravel” turizm şirkəti sifariş əsasında qatar səyahətlərinin təşkilinə başlayıb.
İlk belə səfər iyunun 16-da Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı marşrutu üzrə təşkil edilib. Belə ki, səfər üçün “Azərbaycan Dəmir Yolları” QSC 1 ədəd SV, 1 ədəd KP və 2 ədəd xidməti vaqon ayırıb. Həmin qatar iyunun 17-də səhər saatlarında Gəncəyə çatdıqdan sonra Bakı-Ağstafa-Qazax sərnişin qatarına, daha sonra isə Qazax-Ağstafa-Bakı sərnişin qatarına qoşulub.
“Railtravel” şirkətinin təsisçisi Oqtay Aslanov bildirib ki, dəmir yolu ilə səyahətin ən əsas üstünlüyü onun təhlükəsiz olmasıdır: "Qatarla səyahət həm də digər nəqliyyat vasitələri ilə müqayisədə daha rahat və komfortludur. Qatarla səhayətlər sərnişinlər üçün hər zamanı maraqlı olub. Bu nəqliyyat növü ilə səyahət tələbələrin, şagirdlərin daha təhlükəsiz və maraqlı səyahət etməsi üçün çox yaxşı fürsət olacaq. Üstəlik, qiymətlər də oldquca münasibdir".
"Məsələn, SV qatar 18 nəfər üçün (1 100 manat), KP – 36 nəfər (1 200 manat ), PL – 54 nəfərlik (1 512 manat) və ailələr üçün xidməti vaqon (900 manat) nəzərdə tutulub. Xidməti vaqonlar duş kabinası, konfrans zalı da daxil olmaqla hər cür şəraitlə təchiz edilib”, - deyə O.Aslanov əlavə edib.
Qeyd edək ki, dəmir yolu ilə bu cür səyahətlərin təşkili üçün 12 gün əvvəldən sifariş verilməlidir.
Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı istiqamətində təşkil edilən ilk səfər zamanı sərnişinlərə Göygöl Milli Parkı, Maralgöl Qoruğu, “Gəncə qapıları”, Nizami Gəncəvi məqbərəsi, “Butulka ev”, Şah Abbas məscidi (XVII əsr), Çökək hamam, Cavad xan türbəsi, Xan bağı və alman kilsəsinə səfər təşkil edilib.
Dəmir yolu səfərlərinin tələb əsasında cənub, qərb, habelə şimal rayonlarına təşkil olunması nəzərdə tutulub.
© Report
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
- 7 saat əvvəl
-
7 saat əvvəl
2 otaq studiyadan 4 otaqlıya qədər: “Park Yasamal”da yeni mənzillər satışdadır!
-
8 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
Ən çox oxunanlar
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
Yollarda yeni tanınma nişanı olacaq
Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
Yayın ilk böyük endirimi!






















