Mercedes-Benz 1 milyon avtomobilini geri çağırır
Almaniyanın avtomobil istehsalçısı Mercedes-Benz əyləc sistemində yaranan problemə görə dünya üzrə təxminən 1 milyon avtomobilini geri çağırır.
Marja.az Mercedes-Benz-in yaydığı açıqlamaya istinadən xəbər verir ki, problemin 2004-2015-ci illərdə istehsal edilən ML, GL və R-Class seriyalarında (SUV) "əyləc gücləndiricisinin funksiyasının" korroziyadan yarana biləcəyi qeyd edilib.
Açıqlamada, zərər çəkmiş ola biləcək avtomobillərin sahibləri ilə əlaqə saxlanacağı və dərhal geri çağırılmaya başlanacağı bildirilib.
Almaniya Federal Avtomobil Nəqliyyatı Agentliyinin (KBA) məlumatına görə, Mercedes-Benz bütün dünya üzrə 993 407 avtomobili geri çağıracaq, onlardan 70 000-i Almaniyadadır.
KBA-nın yaydığı açıqlamada bildirilib ki, Mercedes-Benz avtomobillərində korroziya ən pis halda əyləc pedalı ilə əyləc sistemi arasında əlaqənin kəsilməsinə səbəb ola bilər.
"Nəticədə ayaq əyləci işləməyə bilər", - məlumatda deyilir.
Almaniya mətbuatında yer alan xəbərlərdə sözügedən avtomobillərdə yüksək korroziya olması vəziyyətində xüsusilə güclü və ya sərt əyləc zamanı əyləc servosunun mexaniki zədələnə biləcəyi, buna görə də əyləc pedalı ilə əyləc sestemi arasındakı əlaqənin kəsilə biləcəyi, ayaq əyləcinin işləməyəcəyi vurğulanıb.
Yer düşümüşkən, Mercedes-Benz Mayın 13-də ABŞ-da 2006-cı ildən 2012-ci ilədək istehsal olunmuş 292 mindən çox ML, GL və R-Class avtomobillərini nadir hallarda sərt əyləcin mexaniki zədələnməsi ehtimalına görə geri cağırırb. Bu problem yaranarsa əyləc pedalı ilə avtomobilləri dayandırmaq mümkün olmaya bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























