1 ildə "Prior Kredit"in portfeli 2 milyon manatı aşıb
Faktiki olaraq 2021-ci ildə aktiv fəaliyyətə başlamış "Prior Kredit Bank Olmayan Kredit Təşkilatı" QSC 2021-ci ili 520 min manat xalis zərər ilə başa vurub. Şirkət 2020-ci ili 13 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Prior Kredit"in xalis zərəri 40 dəfə artıb. Zərərin əsas səbəbi gəlirləri üstələyən xərclərdir.
Marja.az xəbər verir ki, 2021-ci ildə "Prior Kredit"in faiz gəlirləri 186 min manat təşkil edib. Şirkət 2020-ci ildə faiz gəlirləri əldə etməmişdi.
31 Dekabr 2021-ci il tarixində "Prior Kredit"in portfeli (müştərilərə verilmiş kreditlər) 2 milyon 345 min manat təşkil edib. Təşkilat 2020-ci ildə kredit ayırmamışdı.
Ötən il Təşkilatın cəmi gəlirləri 188 min 782 manat, cəmi xərcləri 708 min 937 manat təşkil edib.
"Prior Kredit" bank olmayan kredit təşkilatı öz fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tərəfindən 25 sentyabr 2020–ci il tarixində verilmiş lisenziya əsasında həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























