6 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni avtobus marşrutları ilə bağlı müsabiqə elan edir. Şəhərlərarası sərnişindaşıma bazarında rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı – Masallı, Bakı – Lənkəran, Bakı – Astara, Bakı – Sabirabad, Sabirabad – Bakı, Bakı – Horadiz şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri 24 iyun 2022-ci il saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə 08 iyul 2022-ci il saat 17:00-dək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim etməlidirlər.
İddiaçıların təkliflər paketlərini 14 iyul 2022-ci il tarixində müsabiqə keçirilən zaman müsabiqə komissiyası açacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün əlaqələndirici şəxslərə (Ramil Musayev – tel.: +99412 566 48 31, e-poçt: [email protected]; Nazim İsmayılov – tel.: +99412 514 27 51, e-poçt: [email protected]) müraciət etmək olar.
Həmçinin, 31 mart 2022-ci il tarixində elan edilmiş müsabiqədə Bakı – Sabirabad – Bakı marşrutu üzrə iki nəfər fiziki şəxs – Ağaşirin Tapdıq oğlu Qasımov və Ramin Xələf oğlu Baxşıyev, Bakı – Horadiz – Bakı marşrutu üzrə bir nəfər fiziki şəxs – Əjdər Həsənqulu oğlu Quliyev müraciət edib. Bakı – Sabirabad – Bakı marşrutu üzrə müraciət edən fiziki şəxs Ağaşirin Tapdıq oğlu Qasımov komissiya üzvlərindən ən çox bal toplayaraq qalib elan olunub. Bir avtonəqliyyat vasitəsi olduğu üçün onunla bir reys üzrə daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün qanunamüvafiq qaydada üç ilədək müddətə müqavilə imzalanıb.
Bakı – Horadiz – Bakı marşrutu üzrə bir nəfər müraciət etdiyi üçün Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın 1.7-ci maddəsinə əsasən fiziki şəxs Əjdər Həsənqulu oğlu Quliyev qalib müəyyən olunub. Onunla hər iki reys üzrə daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün qanunamüvafiq qaydada üç ilədək müddətə müqavilə imzalanıb.
Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti şəhərlərarası marşrut xətlərini qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edəcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
-
27 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
59 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















