19 minə yaxın həkimin maaşları artırılır - minimum 1000 manat təşkil edəcək
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin qərarı ilə 1 iyun 2022-ci il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunacaq.
Marja.az xəbər verir ki, bu barədə Agentliyin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, bununla da həkimlərə ödəniləcək əməkhaqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə (tarif) maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1000 manat təşkil edəcək.
Artım həkim-stomatoloqlar istisna olmaqla, həm ambulator, həm də stasionar şəraitdə xidmət göstərən bütün ixtisaslı həkimlərə şamil olunur. Bununla bağlı müvafiq dəyişiklik “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda öz əksini tapıb. Səhiyyə işçilərinin əməkhaqlarının artımı ilə bağlı budəfəki dəyişiklikdən təxminən 19 minə yaxın səhiyyə işçisi faydalanacaq.
Nümunə 1:
Həkim kardioloqun 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Həkim kardioloqun vəzifə (tarif) maaşına 800 manat sabit əlavə tətbiq edilir. Bundan başqa həkim kardioloqa ambulator və stasionar fəaliyyət üzrə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr ödənilir. 468+800=1268 manat + işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr
Dəyişiklikliyə əsasən səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimlərinə (həkim-stomatoloq istisna olmaqla) və ailə həkimi ixtisasları üzrə çalışan həkimlərə verilən aylıq həvəsləndirici əlavələrin məbləği də artıb. Belə ki, onların aylıq vəzifə (tarif) maaşına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavənin məbləği 500 manata çatdırılıb.
Tibb müəssisələrində psixoloq, loqoped və pedaqoq, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində çalışan mütəxəssislərə verilən sabit aylıq həvəsləndirici əlavələrin məbləği də artaraq 500 manat təşkil edir.
Nümunə 2:
Ailə həkiminin 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Vəzifə (tarif) maaşına 500 manat sabit əlavə tətbiq edilir. 468+500=968
Eyni zamanda sabit həvəsləndirici əlavələr verilən həkimlərin siyahısına təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbə və bölmələrinin), təcili tibbi yardım şöbə və bölmələrinin həkimləri əlavə olunub. Onlar üçün 250 manat məbləğində sabit həvəsləndirici əlavələr müəyyən olunub. Xatırladaq ki, hazırda sözügedən sahədə çalışan həkimlərin aylıq vəzifə (tarif) maaşları 2 dəfə artım əmsalı tətbiq edilməklə müəyyən edilir.
Nümunə 3:
Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Təcili tibbi yardım həkimlərinin aylıq vəzifə (tarif) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilir. 936+250=1186 manat
Sabit həvəsləndirici əlavələr verilən qeyri-tibb işçilərinin siyahısına isə tibb müəssisələrində çalışan müharibə iştirakçıları ilə iş üzrə mütəxəssislər əlavə edilib. Bu mütəxəssislər üçün sabit aylıq əlavə 350 manat məbləğində müəyyən olunub.
Qeyd edək ki, artım şamil edilən həkimlərin məvacibinə həmçinin Qaydanın 6-cı bəndində qeyd edilən əmək şəraitinə görə əlavələr hesablana bilər. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 8 saat sonra
-
-
3 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
7 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
10 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























