"Azərbaycan Mikro-Kredit" BOKT-un xalis zərəri 2,5 dəfə azalıb
"Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC 2021-ci ili 207 min manat xalis zərər ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 510 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Azərbaycan Mikro-Kredit"in xalis zərəri 2,5 dəfə azalıb.
Marja.az xəbər verir ki, "Azərbaycan Mikro-Kredit"in faiz gəlirləri 2020-ci ildə 577 min manat ikən, 2021-ci ildə 418 min manata düşüb.
"Azərbaycan Mikro-Kredit"in xalis zərərinin azalması ötən il təşkilatın ehtiyata vəsait ayırmaması, əksinə ehtiyatdan 72 min manatın azad olmasıdır. Təşkilat 2020-ci ildə ehtiyata 572 min manat ayırmışdı.
2020-ci illə müqayisədə 2021-ci ildə "Azərbaycan Mikro-Kredit"in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 31% artaraq 1 milyon 905 min manata çatıb.
2 milyon 54 min manat nizamnamə kapitalına malik olan "Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC 100% Məmmədov Tural Elmar oğluna məxsusdur.
“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti 2014-cü ilin aprel ayında təsis edilib. BOKT Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş 25 iyun 2014 cü il tarixli xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)




