“Azərlotereya” satış şəbəkəsini genişləndirir
(®) “Azərlotereya” ASC lotereya həvəskarları üçün bilet satışını daha rahat və əlçatan etmək məqsədi ilə satış şəbəkəsini genişləndirməyə davam edir.
Bu istiqamətdə şirkət “İntegral Ekspress” QSC ilə əməkdaşlığı genişləndirir. Əməkdaşlıq çərçivəsində “Azərlotereya” ASC-nin ani lotereyaları yeni satış nöqtələrində satışa çıxarılacaqdır.
Yeni satış nöqtələri paytaxtın “Araz” marketlər şəbəkəsinin Tbilisi prospekti-20 Yanvar, Abşeron, Bakıxanov, Hövsan, Qaraçuxur, Masazır, Sabunçu, Xırdalan, Binə, 8-ci mikrorayon, Savalan, Məhəmmədi kimi 12 superstorunda fəaliyyət göstərir.
Eləcə də paytaxt metropoliteninin “Elmlər Akademiyası”, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Xətai” metro stansiyalarının girişlərində lotereya satış nöqtələri açılmışdır. Tezliklə daha bir satış nöqtəsinin “İnşaatçılar” metro stansiyasının girişində faəliyyətə başlayacağı planlaşdırılır.
Bu yaxınlarda 6/40” tirajlı lotereyasında 101.119 manat məbləğində qazanılan “Cekpot” bileti məhz “Elmlər Akademiyası” metro stansiyasındakı satış nöqtəsində əldə edilmişdi.
Qeyd edək ki, Azərlotereya” ASC-nin “40.000.000 Pul Yağışı”, “Brilliant”, “5X”, “Şans ulduzu”, “Uğurlu 7” və “Qızıl” ani lotereyalarını bütün satış mərkəzlərindən əldə etmək mümkün olsa da, şirkətin “Meqa 5/36”, “6/40”, “4+4” və “Super Keno” tirajlı lotereyalarının satışı yalnız metro stansiyalarında yerləşən məntəqələrində mümkündür.
Yaxın zamanlarda tirajlı lotereyaları da bütün satış nöqtələrindən əldə etmək mümkün olacaq. Yeni mərkəzlərlə yanaşı biletlərin satışı lotereya satış nöqtələrində davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















