Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda işləyən pakistanlıların hüquqlarının təminatına nəzarət olunacaq

Pakistanla əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda işləyən pakistanlıların hüquqlarının təminatına nəzarət olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayi ilə görüş olub.

Görüş çərçivəsində S.Babayev və B.Hayi “Azərbaycan Respublikasının Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Pakistan İslam Respublikasının Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalayıblar.

Sənədin Azərbaycan və Pakistanın əmək, məşğulluq və sosial müdafiə sahəsindəəlaqələrinin inkişafında mühüm rol oynayacağı vurğulanıb.

Memorandumda iki nazirlik arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, əmək qanunvericiliyinəəməl olunmasına nəzarət, əməyin mühafizəsi, həssas qruplar üçün məşğulluq imkanlarının genişləndirilməsi,  işsiz və işaxtaranlar üçün peşə hazırlığı, peşə standartlarının hazırlanması və tətbiqi, əməkçi miqrantların hüquqlarının təminatına nəzarətin həyata keçirilməsi və s.istiqamətlərdəəməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

25.05.2022 12:57

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18