Bank sektorunun yeni əsas göstəriciləri açıqlandı
Mərkəzi Bank 30 aprel 2022-ci il tarixinə olan bank sektorunun əsas göstəricilərini açıqlayıb.
Marja.az Mərkəzi Banka istinadən təqdim edir.
Bank sektoru 2022-ci ilin ilk 4 ayını 248,1 milyon manat xalis mənfəət ilə başa vurub.
2022-ci ilin ilk 4 ayında sektroun cəmi aktivləri 1 milyard 687 milyon manat artaraq 40 milyard 149.2 milyon manata, o cümlədən kredit portfeli 1 milyard 181,3 milyon manat artaraq 17 milyard 40.4 milyon manata çatıb.
XXX
· 30 aprel 2022-ci il tarixinə fəaliyyət göstərən 26 bankın filiallarının sayı 487, şöbələrinin sayı 97, ATM-lərin sayı 2933 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.9% (196 nəfər) artaraq 21 min 227 nəfər təşkil etmişdir.
· Fəaliyyətdə olan bankların cəmi aktivləri 40 milyard 149.2 milyon manat, cəmi öhdəlikləri 35 milyard 159.2 milyon manat, balans kapitalı 4 milyard 990 milyon manat olmuşdur. 2022-ci ilin aprel ayında bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 1.2%, 1.2% və 1% artmışdır.
· Kredit portfeli aprel ayında 1.8% (312,2 milyon manat) artaraq 17 milyard 840.4 milyon manat olmuşdur. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 57.9% (10 milyard 328.3 milyon manat) təşkil etmişdir. Ümumilikdə, cari ilin 4 ayında kredit portfelinin artımının 50%-i biznes, 36%-i istehlak, 14%-i isə ipoteka kreditəri hesabına olmuşdur.
· Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.7% təşkil etmişdir. Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 0.5 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalmışdır.
· Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.4%-i və ya 28 milyard 613.7 milyon manat. Bankların depozit portfeli aprel ayında 1.3% (354.5 milyon manat) artmışdır. Hüquqi şəxslərin depozitləri hesabat ayında 1.2% (214.9 milyon manat) artaraq 18 milyard 273.3 milyon manat təşkil etmişdir.
· Əhalinin əmanətlərinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) artım trendi aprel ayında da davam etmişdir. Hesabat ayında bankların əmanət portfeli 1.4% (139.6 milyon manat) artaraq 10 milyard 340.4 milyon manat təşkil etmişdir.
· Fiziki şəxslərin əmanətlərinin dollarlaşması aprel ayında ötən aya nəzərən 2.7 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 9.1 faiz bəndi azalaraq 39.6% təşkil etmişdir.
· 2022-ci ilin yanvar-aprel aylarında banklar 248.1 milyon manat xalis mənfəət, 389.6 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 57.1 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir (ötən ilin müvafiq dövrü ilə müqayisədə 31.5% və ya 13.7 milyon manat daha çox).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
19 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi


















.jpg)






