Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
24 may 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10 milyon manatlıq Dövlət Uzunmüddətli İstiqrazları (DUİ) üzrə hərrac keçiriləcəkdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Dövlət istiqrazının növü | Kuponlu, uzunmüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0110002950 |
Emissiya həcmi | 10 000 000 manat |
Nominal dəyəri | 100 manat |
İstiqrazların tədavül müddəti | 2548 gün |
Faiz ödənişləri (olduqda) | 9 avqust 2022-ci il, 7 fevral 2023-cü il 8 avqust 2023-cü il, 6 fevral 2024-cü il 6 avqust 2024-cü il, 4 fevral 2025-ci il 5 avqust 2025-ci il, 3 fevral 2026-cı il 4 avqust 2026-cı il, 2 fevral 2027-ci il 3 avqust 2027-ci il, 1 fevral 2028-ci il 1 avqust 2028-ci il, 30 yanvar 2029-cu il |
Faiz gəliri | 6.0 % |
Ödəmə tarixi | 30.01.2029 |
Anderrayter | “PAŞA Kapital İŞ” QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 25 d. əvvəl
-
-
34 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 53 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər




















